“Zəngəzur dəhlizi Ermənistanla yox, İranla bağlı problemdir” - Ərdoğan

"Zəngəzur dəhlizi Ermənistanla bağlı bir problem deyil, İranla bağlı problemdir".
Sozcu.info 
xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə verdiyi açıqlama zamanı deyib.
"Yəni əhalisinin əksəriyyəti müsəlman olan iki ölkə. İranın burada belə münasibətdə olması həm Azərbaycanı, həm də bizi kədərləndirir. Əslində bu, onları da kədərləndirməlidir. Həmçinin, burada hər vaqona görə tutulan rüsumlar təəssüf ki, çox, çox yüksəkdir. Ümid edirəm ki, tezliklə bu problemin öhdəsindən gələcəyik. Əgər buna müsbət yanaşsalar, bu gün Türkiyə-Azərbaycan-İran həm avtomobil yolu ilə, həm dəmir yolu ilə bir-birinə inteqrasiya olunar, bəlkə də “Pekin-London xətti” də açılardı", - Ərdoğan bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti