Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu


İyunun 19-u saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Sozcu.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.



Oxşar Xəbərlər

Xəbər lenti