Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçdə İslama qarşı təxribatı kəskin şəkildə pisləyib.
Sozcu.info xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.
Dövlət başçısının sözlərinə görə, Stokholmdakı insidentə Ankaranın reaksiyası son dərəcə sərt olacaq və bu tendensiya Qərb islamofobiya və terrorizmlə mübarizədə qətiyyət nümayiş etdirməyə başlayana qədər davam edəcək.
Türkiyə lideri bildirib ki, söz azadlığı adı altında İslama qarşı nifrət dolu hərəkətlərə yol verən və ya islamofobiya təzahürlərinə məhəl qoymayan təşkilatlar öz məqsədlərinə çatmayacaqlar.
“Müsəlman inanclarını təhqir etməyin söz azadlığı ilə heç bir əlaqəsi yoxdur. Gec-tez biz Qərbin müəyyən dairələrini bu faktı tanımağa məcbur edəcəyik!”, - deyə dövlət başçısı bildirib.
Ərdoğan əmin edib ki, Türkiyə onu təhrik etməyə və Ankaraya qarşı təhdid dilini işlətməyə çalışan qüvvələrə heç vaxt təslim olmayacaq.
Qeyd edək ki, iyunun 28-də İsveçin paytaxtı Stokholmun mərkəzində yerləşən Medborjarplatsen meydanında Qurani-Kərim yenidən təhqir olunub. Nümayiş zamanı 37 yaşlı iraqlı mühacir Salvan Momika müqəddəs kitabı yandırıb.
O, ərəbcə danışaraq müsəlmanların müqəddəs kitabından vərəqləri cırıb yandırıb. Aksiya yerində İsveç və beynəlxalq media nümayəndələri, eləcə də 200-ə yaxın tamaşaçı iştirak edib. Polis təşkilatçıya daş atmaq istəyən şəxsi həbs edib.
publika.az