Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Xəbər verdiyimiz kimi, ötən gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan parlamentinin keçmiş deputatı, ictimai xadim və sahibkar Nazim Bəydəmirlinin barəsində həbs qətimkan tədbirindən apellyasiya şikayətinə baxılıb. Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və Bəydəmirlinin barəsində birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.Sozcu.info “Turan”a istinadla xəbər verir ki, vəkil Aqil Layıc N. Bəydəmirlinin məhkəmədə bəzi mesajlar verdiyini deyib.“Dedi ki, onun ictimai çıxışları kimlərinsə xətrinə dəyibsə həmin adamlardan üzr istəməyə, hətta yazılı üzr istəməyə hazırdır. Yox, əgər həbsinin səbəbi həmin payla (hansısa müəssisədə pay nəzərdə tutulur) bağlıdırsa, o payı istənilən şəxsə bağışlamaya hazırdır”, - vəkil deyib.O deyib ki, bundan sonra müdafiə tərəfi Bəydəmirlinin ev dustaqlığına buraxılması üçün vəsatət qaldıracaq.Qeyd edək ki, Nazim Bəydəmirli iyulun 4-də Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsilə (xeyli miqdarda əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə tələb etmək) ittiham irəli sürülüb. Bu maddə 5 ildən 10 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.Ertəsi gün məhkəmə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Bəydəmirli ittihamı rədd edərək onu uydurma və hüquqi əsaslardan məhrum adlandırıb. Onun sözlərinə görə, həbsinin əsl səbəbi Gədəbəy rayonunun Söyüdlü sakinlərinin ətraf mühitin çirklənməsinə qarşı etirazları, yaxınlıqda yerləşən qızıl emalı zavodu ilə bağlı çıxışlarıdır.