Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Azərbaycanda bir neçə ildir ki, müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən imtahanlar, sertifikasiya təşkil olunur. Habelə, pedaqoji sahədə ali və orta ixtisas təhsili almış məzunları da işə yalnız MİQ (Müəllimlərin işə qəbulu) imtahanının nəticələrinə uyğun olaraq alırlar.Ölkəmizdə pedaqoji ixtisasları bitirən kütləvi işsizlər ordusu yaranıb. Bunu müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqə zamanı da görürük.Təxminən 10 min vakant yerə qarşı 60 min namizəd sənəd verir. Müəllimliyə namizədlərin sayı çox, orta məktəblərdəki vakant yerlərin sayı isə azdır. Üstəlik, hər il müxtəlif universitetlərdə müəllimliyi bitirənlər də iş axtaranların sırasına daxil olur.Bununla yanaşı, MİQ imtahanlarının suallarının çətin, qiymətləndirmə meyarlarının isə qeyri-obyektiv olduğuna dair iddiaların sayı durmadan artır. Bəzi ekspertlər müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün imtahanların və sertifikasiyaların ETN təfindən deyil, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunmasını təklif edirlər.Görəsən, belə bir dəyişiklik baş verərsə, bu, hansı nəticələrə gətirib çıxara bilər?DİA.AZ-ın məlumatına görə, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev AYNA-ya açıqlamasında deyib ki, müəllimin bilikləri mütləq yoxlanılmalıdır: “Çünki gələcəyimizi pedaqoqlara etibar edirik. Onların bilik və bacarıqlarının qiymətləndirilməsi vacibdir. Lakin bu prosesin özü şəffaf aparılmalıdır. Görünən odur ki, Elm və Təhsil Nazirliyi bu prosesi normal təşkil edə bilmir. Ortada çox ciddi nöqsanlar var. Çünki Nazirlik qapalı bir sistemdir”.“Direktorların işə qəbul prosesindən də narazıyam. Bütün dünyada müəllimlərin bilikləri yoxlanır. Amma işə qəbul prosesinin neqativ cəhətləri də var. Burada imitasiyaya yol vermək olmaz. Bunu nazir də, nazirin ətrafındakı orta təhsili bilməyən insanlar da başa düşməlidirlər. Təhsil strateji bir sahədir və bu sahənin özünəməxsus idarəçilik qaydaları mövcuddur. Dünya təcrübəsinə istinad olunmalıdır. Bizdə sözdə istinad var, əməldə isə bu baş vermir”, - deyə deputat bildirib.Əliyev müəllimlərin işə qəbul və sertifikasiya imtahanlarının, habelə direktor imtahanlarının DİM-ə verilməsi təşəbbüsünü dəstəkləyir: “Əsas məqsəd obyektivlik və şəffaflığa nail olmaqdır. Elə etməliyik ki, bu imtahanlar mövcud reallığı əks etdirsin. Daha kimlərinsə qarşısında maneələr yaratmasın. Dövlət İmtahan Mərkəzinin müəyyən təcrübəsi var. Mümkündür ki, bu imtahanları onlar keçirsinlər. Əsas məsələ imtahanları kimlərin keçirməsində deyil, ədalətli təşkilindədir”.DİA.AZ bildirir ki, AYNA-nın digər həmsöhbəti, təhsl eksperti Elçin Əfəndi isə yeni məzun olmuş tələbələrin həm dövlət imtahanına, həm də MİQ-ə hazırlaşması ilə razı deyil: “Təbii ki, pedaqoji yönümlü ixtisaslarda təhsil alan tələbələrin yekun qiymətləndirmə əsasında müvafiq müsabiqədə iştirakına tərəfdaram. Ancaq bir məqam da var ki, biz müəllimlərin işə qəbulu zamanı şəffaf bir sistem qurmağa müvəffəq ola bilmirik. Bəziləri istənilən boşluqdan öz mənafeyi naminə faydalanmağa çalışır və buna nail olurlar. Bu, artıq təkzibolunmaz bir həqiqətdir. Hesab edirəm ki, ortalama göstəricilər əsasında işə qəbul daha faydalıdır”.“Tələbələr illər ərzində təhsil alırlar, pedaqoji sahədə ixtisas sahibinə çevrilirlər. Lakin sonradan işə qəbul olunmurlar. Onları hazırlaşdıran müəssisələr də Elm və Təhsil Nazirliyinin tabeliyindədir. Bu baxımdan kompleks addımlar atılmalıdır. Pedaqoji kadrları hazırlayan mütəxəssislərin yetişdirilməsi işinə çox ciddi önəm verilməlidir. Reallıq budur ki, MİQ və sertifikasiya imtahanları ilə bağlı ciddi narazılıqlar mövcuddur”, - deyə müsahibimiz söyləyib.Əfəndinin fikrincə, bu məsələyə yenidən baxılmalıdır: “İmtahanların təşkili, müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi prosesinə aydınlıq gətirilməlidir. Mövcud qaydalar effektiv deyil. Belə olduğu halda yeni qaydalar tətbiq oluna bilər. Bu qaydalardan biri olaraq müəllimlərin və direktorların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə imtahanlar və sertifikasiyaların keçirilməsinin Elm və Təhsil Nazirliyindən alınması, Dövlət İmtahan Mərkəzinə verilməsi də müzakirə oluna bilər. Yəni, baxılası təkliflərdən biridir”.