Saakaşvilinin səhhəti pisləşdi: məhkəməsi təxirə salındı


Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin məhkəməsi sentyabrın 20-dək təxirə salınıb.

Sabiq prezident bu gün keçirilən məhkəmə iclasına qatıla bilməyib. Məhkəməyə penitensiar xidmətdən məktub təqdim edilib və qeyd olunub ki, Saakaşvilinin səhhəti pisləşdiyi üçün iclasda iştirakdan imtina edib və onun iştirakı olmadan prosesə razılıq verməyib.

Saakaşvilinin vəziyyətinin pisləşməsindən anası Giuli Alasaniya da danışıb. “Ona dünən də qan köçürüldü. Transfüzyon reaksiyanın əlamətləri baş verdi, az qala boğulacaqdı. Onun dəhşətli zəifliyi var”, – deyə Giuli Alasaniya bildirib. \\KONKRET.az



Oxşar Xəbərlər

Xəbər lenti