Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
“Hakimlərin bilə-bilə qanunsuz hökm çıxarmasına görə vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi ilə qəti surətdə razı deyiləm. Buna görə də, bu tip iddialar birbaşa bilə-bilə qanunsuz hökm çıxaran hakimlərin özlərinə yönəldilməlidir. Zərərçəkənlərə ödəniləcək kompensasiya məbləği də hakimlərin maaşlarından tutularaq ödənilməlidir…”Sozcu.info Gununsesi.info-ya istinadla xəbər verir ki, bu fikirləri tanınmış vəkil Ceyhun Yusifov özünün “Facebook” səhifəsindən paylaşdlğı yazıda qeyd edib.Ceyhun Yusifov həmin yazıda bildirib: “Hüquqlarını müdafiə etdiyim Mirzəyev Ramin İlyas oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə) 22.06.2022-ci il tarixli hökmü ilə təqsirli bilinmiş, ona 5 il azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdu.ƏtraflıSonradan həmin iş Şirvan Apellyasiya Məhkəməsində obyektiv şəkildə araşdırılmış və təqsirləndirilən şəxs barəsində bəraət hökmü qəbul edilmişdi.Bu gün (dünən-red.) isə AR Ali Məhkəməsində həmin bəraət hökmü qüvvədə saxlanılıb (hakim R. Abdulov).Qeyd edim ki, sözügedən işin ibtidai istintaqı zamanı AR DİN-ə etdiyim şikayətlər əsasında Şirvan ŞPŞ-nin 9-a yaxın əməkdaşı cəzalandırılmışdı. Bir neçə əməkdaşı hətta xidmətdən xaric edilmişdi. Hətta həmin dövrdə əsaslar olduğundan işin ibtidai istintaqının Şirvan ŞPŞ-də aparılmasına tərəfimizdən AR Baş Prokurorluğuna etiraz edilmişdi. Buna görə də, həmin işin ibtidai istintaqı Şirvan Şəhər Polis Şöbəsindən alınaraq Hacıqabul Rayon Polis Şöbəsinə verilmişdi.Hazırda isə bəraət almış şəxs əsassız şəkildə 2 il müddətində həbsdə saxlanılmasına görə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək niyyətindədir. Hesab edirəm ki, həmin tutulacaq olan kompensasiya məbləği Lənkəran Ağır Cinayətlər Məhkəməsində hökmü çıxaran, qanunsuzluq edərək işi obyektiv şəkildə araşdırmayan hakimlərin – bilə-bilə qanunsuz hökm çıxaran Xamməd Nuriyev, Oruc Cəlilov və Əli Əliyevin maaşlarından tutularaq ödənilməlidir.Bəlkə, bu yolla hakimlər artıq bu işdəki kimi ədalətsiz qərarlar qəbul etməkdən əl çəkərlər. Ortada bu qədər əsaslı faktlar varkən hakimlərin bilə-bilə qanunsuz hökm çıxarmasına görə vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi ilə qəti surətdə razı deyiləm. Buna görə də bu tip iddialar birbaşa bilə-bilə qanunsuz hökm çıxaran hakimlərin özlərinə yönəldilməldir.Hakimlərə irad bildirdikdə müdafiə xarakterləri sözləri bu olur ki, “bizlik deyil, sədrin göstərişidir”. Hesab edirəm ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi sədr Elxan Süleymanovun şəxsi məhkəməsi deyil. Ölkədə hər gün məhkəmə və hüquq islahatlarından söhbət gedir. Lakin hələ də Lənkəran Ağır Cinayətlər Məhkəməsi məruzə sistemi ilə idarə olunur. Həmin məhkəmədə baxılan cinayət işlərində 99% halda ittiham hökmü çıxarılır. Burdan ümumilikdə belə bir nəticəyə gəlmək olar ki, polis və prokurorluq Lənkəran Ağır Cinayətlər Məhkəməsindən ədalətlidir”.