Gürcüstan XİN Medvedevin bəyanatına etirazını bildirib – “İşğal siyasətinin davamıdır”


Sozcu.info xəbər verir ki, Gürcüstanın Xarici İşlər Nazirliyi Rusiyanın eks-prezidenti Dmitri Medvedevin Gürcüstanın işğal edilmiş ərazilərinin – Abxaziya ilə Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsi açıqlamasına cavab verib.

Gürcüstan Rusiyanı “beynəlxalq hüququn əsas prinsip və normalarına riayət eləməyə və 2008-ci il avqustun 12-də imzalanmış atəşkəs müqaviləsinə əməl eləməyə” çağırıb.

Bəyanatda deyilir: “2008-ci il avqust müharibəsinin 15-ci ildönümündə RF Təhlükəsizlik Şurasının sədr müavininin verdiyi açıqlama Rusiya Federasiyasının Gürcüstan torpaqlarını işğal etmək siyasətinin davamıdır və Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü pozmaq üçün növbəti cəhddir”. Açıqlamada qeyd edilir ki, “Gürcüstan ərazilərinin işğaldan azad edilməsini, müharibə nəticəsində bölünmüş əhalinin barışmasının və sülh içərisində birgəyaşayışını təmin eləmək üçün Tbilisi münaqişənin sülh yolu ilə həll ediməsi siyasətində qətiyyətlidir”.

“Arqumentı i faktı” qəzetinin 22 avqust tarixində dərc edilmiş məqalədə Dmitri Medvedev müəyyən şəraitdə Abxaziya ilə Cənubi Osetiyanın Rusiyaya “birləşdirilməsinin” mümkün olduğunu bəyan edib.



Oxşar Xəbərlər

Xəbər lenti