Azərbaycanda saxlanılan üç erməni bunu etiraf etdi


Avqustun 28-də Azərbaycanda saxlanılan üç erməni gələcəkdə müxtəlif iddialar səsləndirə bilər. Bunun qarşısının alınması məqsədilə dərhal onlarla görüşdük. Onlar da təbii ki, Azərbaycan hökumətinə öz təşəkkürlərini bildirdilər, əməllərindən peşman olduqlarını söylədilər.

Sozcu.info xəbər verir ki bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva jurnalistlərə açıqlamasında bildirib.

Görüş zamanı ermənilər deyiblər ki, onları bu əməli törətməyə böyükləri məcbur edib:

“Onların heç xəbəri yox idi ki, bu cür addımı atacaqlar. Ermənilər əsrlər boyu azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı siyasəti həyata keçirib. Təəssüf ki, bu hallar hələ də davam edir”.

Ermənistanda həbsdə olan vətəndaşlarımızın aqibətinə gəlincə, S.Əliyeva vurğulayıb ki, bu istiqamətdə işlər davam etdirilir:

“Mütəmadi olaraq həmin şəxslərin ailələri, eləcə də Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əlaqə saxlanılır. Məsələ daim diqqətimizdədir”.



Oxşar Xəbərlər

Xəbər lenti