Dünən, 21:30
7-10-2024, 10:03
4-10-2024, 10:23
27-09-2024, 11:44
19-09-2024, 00:17
Oktyabrın 1-də İsveçdə yaşayan ermənilər Azərbaycan səfirliyi qarşısında mitinq keçirəcəklər.
Bu barədə məlumatı Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun həmtəsisçisi, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev verib.
E.Mirzəyev bildirib ki, hazırda Qarabağdan İsveçə erməni köçü sürətlənib:
"İsveç hökuməti onlara 1,5 miyrad dollar yardım ayırıb. Eyni zamanda qaçqın kimi sığınacaq verməkdə davam edir. Qarabağ ermənilərinin qarşılanmasında və yerləşdirilməsində İsveçdə yaşayan daşnaklar fəallıq nümayiş etdirir".
E.Mirzəyev bildirib ki, Fondda və Konqresdə təmsil olunan azərbaycanlılar ermənilərin keçirəcəyi mitinq və aqressiyaları ilə bağlı İsveç polisinə müraciət edib:
"Biz prosesi yalnız sakit şəkildə muşahidə etmək məcburiyyətindəyik".
Emil Mirzəyev bildirib ki, İsveçdə yaşayan erməniləri iki qrupa bölmək olar: "Bir hissəsi ümumiyyətlə prosesə qarışmır, digər qismi isə daşnaklardır. Daşnaklar daha fəaldır və prosesi onlar edir".
Dünyada ən böyük erməni kilsəsinin İsveçdə - Stokholmda olduğunu qeyd edən E.Mirzəyev prosesin elə bu kilsədən idarə olunduğu qənaətindədir:
"Müşahidələrimizə görə hazırda həmin kilsəyə çoxlu sayda adam girib - çıxır, müraciət yayırlar. Bir sözlə burdakı ermənilər sabahkı mitinqə güclü hazırlaşır".
Qeyd edək ki, ermənilər təkcə Stokholmda deyil, dünyanın bir çox ölkələrində fəaliyyət göstərən Azərbaycan səfirlikləri qarşısında mitinq keçirəcək.
Həmin ölkələrin siyahısını təqdim edirik:
Bakupost.az