Vasif Talıbovun daha bir biznes obyektində problem - İş məhkəmədədir


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov sabiqlərin sırasına qoşulduqdan sonra nəzarətində olan biznes obyektlərini itirməyə başlayıb. 

Sozcu.info xəbər verir ki, "Gəmiqaya Holding”, "Cahan Holding” və "Naxçıvanbank” ASC kimi iri biznes obyektlərinə nəzarəti itirən Vasif Talıbovun daşıma şirkəti ilə bağlı problem yaranıb. 

Söhbət "Bahar Karqo” MMC-dən gedir. Barəsində inzibati iş başlanan bu şirkətin də Vasif Talıbova məxsus olduğu iddia edilir. 

Şirkət İnzibati Xətalar Məcəlləsinin 445.2-ci (Azərbaycan Respublikasının ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsi) maddəsi ilə ittiham edilir. İşə Naxçıvan Şəhər Məhkəməsində baxılır. 

Artıq iş üzrə bir dəfə məhkəmə baxış iclası keçirilib. Növbəti iclas yanvarın 9-na təyin edilib. İş hakim Gülnar Səfərəliyevin icraatındadır. 

nəzərdə tutulur. 

"Bahar Karqo” MMC 4 may 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi Qəhrəmanov Elgün Elçin oğludur. 

Elgün Qəhrəmanovun uzun müddət Naxçıvanın Tikinti və Arxitektura Komitəsinin sədri olmuş Elçin Qəhrəmanovun oğlu olduğu bildirilir.  Onun digər oğlu Hümbət Qəhrəmanov Vasif Talıbovun oğlu Seymur Talıbovun bacanağıdır. 

Mediada gedən məlumatlardan aydın olur ki, Elçin Qəhrəmanov "Bahar Karqo” MMC-nin idarəçilərindən olub. Bu fakt Elgün Qəhrəmanovun onun oğlu olması barədə iddianın əsassız olmadığına şübhələri artırır. 

Bu arada yada salaq ki, Vasif Talıbovun qızının adı Baharxanım Talıbovadır. Şirkətin adının da onun adına uyğunlaşdırıldığı iddia edilir. /qaynarinfo.az/



Oxşar Xəbərlər

Xəbər lenti