Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Xəbər verildiyi kimi, Müsavat Partiyasının başqanı Arif Hacılı istefa açıqlaması yayıb.
Açıqlamanı yada salaq.
Sitat: "Təsisçilərindən biri olduğum "Elçibəy İnstitutu" adlı qurumdan istefa verirəm. Səbəb "Elçibəy İnstitutu"nun aparıcı üzvlərinin Elçibəyin yüksək adından onun irsini tədqiq və təbliğ etmək üçün deyil, Müsavatın təməl prinsipləri ilə üst-üstə düşməyən şəxsi maraqları naminə istifadə etmələridir".
Arif Hacılının bu qəfil və sensasion iddiaları ilə bağlı "Elçibəy İnstitutu"nun digər təsisçilərinin və üzvlərinin cavablarını almağa çalışdıq.
Onlardan bir neçəsi Musavat.com müxbirinə: "Xəbərimiz yoxdur, mövzunu öyrənək, sonra açıqlama verərik", deyib.
Elə isə, Arif Hacılı kimi və ya kimləri hədəfə götürüb? Bu suala cavab vermək üçün "Elçibəy İnstititu"nun təsisçiləri kimdir sualına cavab verək. Onlar ölkənin ən məşhur siyasi simalarıdır: İsa Qəmbər, Pənah Hüseyn, Əli Kərimli, Arif Hacılı, Arzu Səmədbəyli, Oktay Qasımov, Qiyas Sadıqov. Arif Hacılı bunlardan birinimi, yoxsa ümumi olaraq, digər üzvlərimi hədəfə götürüb?
Qeyd edək ki, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər Arif Hacılının istefa verdiyi qurumda təsisçiliyini davam etdirir. Bu da o deməkdir ki, ya Arif Hacılı bu addımını İsa Qəmbərlə koordinasiya etməyib, ya da İsa Qəmbər onun bu mövqeyini bölüşmür.
musavat.com