Azərbaycan Ordusunda ehtiyata və istefaya göndərilən vəzifəli şəxslərin ADLARI


“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib. Sozcu.info xəbər verir ki, pravda.az istefaya göndərilən və ehtiyata buraxılan vəzifəli şəxslər barəsində məlumat əldə edib.

Belə ki, Quru Qoşunlarının inspeksiya rəisi, polkovnik Saleh Kələntərov, Quru Qoşunlarının Əməliyyat idarəsinin rəisi, polkovnik Allahverdi Hacıyev istefaya göndəriliblər.

Ehtiyata göndərilən vəzifəli şəxslər arasında Əməliyyat Baş İdarəsinin rəisi Azər Əliyevin də adı var.

Bundan başqa, müdafiə nazirinin müavini, general-leytenant Ənvər Əfəndiyev, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Sübhan Bəkirov ehtiyata buraxılıblar.

Eyni zamanda, Azərbaycan Milli Müdafiə Akademiyasının rəisi Heydər Piriyev vəzifəsindən azad edilib, həmin vəzifəyə polkovnik Gündüz Əbdülov təyin olunub.



Oxşar Xəbərlər

Xəbər lenti