Azərbaycanın Gürcüstana 16 ceyran bağışlaması ilə bağlı RƏSMİ AÇIQLAMA


Azərbaycandan Gürcüstana köçürüldüyü deyilən ceyranla bağlı açıqlama verilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev bildirib ki, sözügedən 16 ceyranlar qarşı tərəfə bağışlanmayıblar, onlar təbii yolla Gürcüstana keçiblər:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən il boyu müxtəlif heyvanların populyasiyasının artırılması məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində heyvanların təbiətə buraxılması tədbirləri həyata keçirilir. Bu tədbirlərdən ən üstün nəticə verənlərdən biri də ceyran populyasiyasının artırılması üçün keçirdiyimiz tədbirlərdir. Sonuncu belə tədbir Samux rayonu ərazisində həyata keçirilib. Bu ərazinin seçilməsi təsadüfi deyil. Vaxtilə ceyran populyasiyası bu ərazidə geniş yayılıb. Bu ərazilərin bir istiqaməti Gürcüstan dövlətilə həmsərhəddir. Hansısa maneələr olmadığı üçün həmin ceyranlar Gürcüstan ərazisində müşahidə olunurlar. Bu, həmin ceyranların Gürcüstana bağışlanması kimi başa düşülməməlidir. Qarşı tərəfdə də Gürcüstanın qoruğu var. Ona görə də, həmin ərazi ceyranların inkişafı üçün uyğundur”.



Oxşar Xəbərlər

Xəbər lenti