Hidayət Əzimov nazir müavini TƏYİN EDİLDİ - DOSYE


Müdafiə sənayesi nazirinin müavini vəzifəsinə yeni təyinat olub.

Sozcu.info-nun məlumatına görə, Hidayət Ağanəcəf oğlu Əzimov nazir müavini təyin edilib. MSN-nin İnformasiya Texnologiyaları Şöbəsinin müdiri Yaşar İsakov məlumatı təsdiqlədi.

H.Əzimov 1985-ci ildə Bakı şəhərində anadan olub.

2001-2005-ci illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 2005-2007-ci illərdə magistr dərəcəsinə yiyələnib. 2006-2007-ci illərdə yerli hüquq şirkətlərinin birində hüquqşünas vəzifəsində fəaliyyət göstərib. 2007-2018-ci illərdə “Atəşgah” Sığorta Şirkətində hüquqşünas, şöbə müdiri və İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışıb.

2018-2022-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit və konsaltinq şirkətlərindən olan “Ernst & Young CIS B.V” şirkətində hüquq xidmətlərinin rəhbəri vəzifəsində çalışıb.

2018-ci ildən etibarən Vəkillər Kollegiyasının üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 5 mart 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

Prezidentin 11 yanvar 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunub.

Ailəlidir. İki övladı var.

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti