Bu gün prezident seçkiləri ilə əlaqədar “sükut günü”dür


Fevralın 6-da Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar “sükut günü”dür.

Sozcu.info "Secki-2024.az"a istinadən xəbər verir ki, “sükut günü” prezidentliyə namizədlərin təşviqatının dayandırılmasını xarakterizə edən ifadədir.

Belə ki, Seçki Məcəlləsinin 75-ci maddəsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.

Qeyd edək ki, seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış, yəni fevralın 6-da saat 08:00-da dayandırılır.

Seçki Məcəlləsinin 76.2-ci maddəsinə əsasən, səsvermə gününə 24 saat qalmış ictimai rəy sorğusu nəticələrinin, seçkilərin nəticələri barədə proqnozların kütləvi informasiya vasitələrində dərc edilməsinə yol verilmir.

Xatırladaq ki, Azərbaycanda prezidentliyə namizədlərin təşviqatına yanvarın 15-də start verilmişdi. Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.



Oxşar Xəbərlər

Xəbər lenti