Əsgərimizin bədənindən çıxarılan güllə ilə bağlı maraqlı detal


Dünən axşam saatlarında xəstəxanaya daxil olan DSX əsgəri Pərviz Xəlilzadə tərəfimizdən əməliyyat olunub. Əməliyyat nəticəsində kanal içərisinə siraət edən metal yad cisim müvəffəqiyyətlə xaric edilib.

Sozcu.info xəbər verir ki, bunun Ermənistanın hərbi təxribatı nəticəsində yaralanan əsgərin vəziyyəti barədə məlumat verən Respublika Neyrocərrahiyə Xəstəxanasının şöbə müdiri Rasim Quliyev bildirib.

Onun sözlərinə görə, xəstə ağır vəziyyətdə daxil olub:

“Xəstənin bədənindən çıxardığımız yad metal cisim, yəni güllə təqdim etdiyimiz hərbi mütəxəssislərinin ilkin rəyinə görə, xarici ölkələrdə istehsal olunmuş snayper gülləsidir”.

axar.az



Oxşar Xəbərlər

Xəbər lenti