Prezidentdən nazirlərlə bağlı mühüm SƏRƏNCAM


Fevralın 14-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Sərəncam imzalayıb.

Sozcu.info xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq, Nazirlər Kabinetinin istefa verməsini nəzərə alaraq, Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra olunmasını bu Sərəncamla Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edib.



Oxşar Xəbərlər

Xəbər lenti