Bahar Muradovadan “Abzas Media” işi haqda - AÇIQLAMA


“Hüquq-mühafizə orqanlarının gördüyü işə mənim böyük inamım var. Onlar ədalətsizliyə yol verə bilməzlər”.

Sozcu.info xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Abzas Media” işi üzrə həbsdə olan xanım jurnalistlər haqda sualı cavablandırarkən deyib:

“Azərbaycan hüquqi dövlətdir, hər kəs hüquqlarını bildiyi kimi, öhdəliklərini də bilməlidir. Günahı olmayan şəxslər varsa, bir gün günahsız olduqları sübut olunacaq”.

Qeyd edək ki, “Abzas Media” işi ilə əlaqədar 6 nəfər həbs edilib. Onlardan 3-ü (Nərgiz Absalamova, Elnarə Qasımova, Sevinc Vaqifqızı) qadındır. Jurnalistlər qaçaqmalçılıqda ittiham edilirlər.

qafqazinfo.az



Oxşar Xəbərlər

Xəbər lenti