8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
“Bakıda 40-dan artıq qəsəbə var və qəsəbələrin də hərəsində 40 mindən artıq insan yaşayır, orada vahid bələdiyyələr formalaşacaq”.
Sozcu.info xəbər verir ki, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov komitənin iclasında deyib.
Qeydiyyatsız evlərlə bağlı məsələyə toxunan komitə sədri bildirib ki, “Bələdiyyə seçkiləri haqqında” qanuna əsasən, seçki məcəlləsində həm vətəndaşlığı olmayan, həm də 6 ay bir ərazidə yaşayan şəxslər səsvermə hüququna malikdir: “Qeydiyyat məsələsi hər yerdə qaldırılıb. Bilirsiniz ki, Bakı və ətraf qəsəbələrdə xeyli sayda sənədsiz evlər var. Qəsəbələrdə 3000-dən artıq yaşayış massivi mövcuddur ki, orada vahid bələdiyyələr formalaşacaq. Gələcəkdə də onların sayı artdıqca bələdiyyə üzvlərinin sayında artım ola bilər. Mənzillərin çoxluğu və ya azlığı məsələni həll etmir”.
qafqazinfo.az