8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakı Apellyasiya Məhkəməsində “Kanal13” internet televiziyasının rəhbəri Əziz Orucov barədə qərar qəbul olunub.
Sozcu.info xəbər verir ki, bu barədə “report”a Ə.Orucovun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib.
L.Çerpanova bildirib ki, Əziz Orucov barəsində Bakı şəhərinin Səbail Rayon Məhkəməsində həbs qətimkan tədbirinin daha iki ay uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, Ə.Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ə.Orucova qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.
Ötən il noyabrın 28-də Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.