27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Zülfiyyə Kazımova: “Oğlum Nicat Behbudov martın 20-də işləmək məqsədilə Qırğızıstana getmişdir”
Goranboy rayonu, Səfikürd kəndində qeydiyyatda olan Kazımova Zülfiyyə Kazım qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə, Xarici İşlər naziri Ceyhun Bayramova, Daxili İşlər naziri Vilayət Eyvazova, Ombudsman Səbinə Əliyevaya və Qırğızıstan Respublikasının Azərbaycandakı səfirliyinə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Mən, Kazımova Zülfiyyə Kazım qızı, hazırda Hökməli qəsəbəsində yaşayıram. Oğlum Behbudov Nicat Saməddin oğlu 21.08.1992-ci ildə Goranboy rayonunun Səfikürd kəndində anadan olmuşdur. 1-ci sinfi Səfikürd kənd tam orta məktəbində tahsil almış, 2-ci sinifdən 11-ci sinifədək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 301 saylı orta məktəbdə təhsil almışdır. Ailəlidir, 5 yaşında qızı var. Həyat yoldaşı işlamir, heç bir məhkumluğu yoxdur.
Oğlum Behbudov Nicat Saməddin oğlu 24 dekabr 2023-cü ildə işləmək məqsədilə Qazaxıstan Respublikasının Almatı şəhərinə getmişdir. Orada telefon mağazasında işləyirdi. Lakin zəlzələ olduqdan sonra bir müddat orada taksi fəaliyyəti ilə məşğul oldu. 2024-cü il, mart ayının 20-də isə işləmək məqsədilə Qırğızıstan Respublikasına getmişdir.
Lakin, təəssüflə qeyd edirəm ki, mart ayının 21-də, gecə saat 1-2 radələrində oğlumla bərabər taksidə olan 5 nəfər azərbaycanlını səlahiyyətli şəxslər taksidən düşürərək, tutublar.
Həmçinin, oğlum haqsız yerə döyülmüşdür. 5 gündür ki, oğlumla əlaqə saxlaya bilmirəm. Lakin oğlum qardaşına bildirmişdir ki, ondan haqsız yerə, guya, “terroçuluq etməsi ilə bağlı” hər şeyi boynuna götürməsini tələb edirlər. Məhz bu ittihamla da, oğluma haqsız yerə 2 ay həbs cəzası verilmişdir.
Bildirmək istəyirəm ki, oğlum Qırğızıstana yalnız işləyib pul qazanmaq məqsədilə getmişdir. Lakin haqsız yera tutularaq həbs edilmişdir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Sizdan xahiş edirəm ki, oğlum Behbudov Nicat Saməddin oğlunun azad edilərək Azarbaycan Respublikasına gətirilmasi üçün köməklik göstərəsiniz”.
Xatırladaq ki, Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi “cinayətkar qruplaşma”nın üzvü olmaqda şübhəli bilinən 5 Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı məlumat yayıb. Bildirilib ki, Əliyev V.M., Bağırov S.A., Əsgərov M.O., Behbudrov M.S., Məmmədov Z.İ. yüksəkvəzifəli şəxsə qarşı cinayətə hazırlaşırmış. Onlardan Əsgərov M.O.-nun kriminal aləmdə tanınmış şəxs olması və Qırğızıstan dövlətinin cinayətkarlığa qarşı apardığı fəal mübarizə siyasətinə görə ölkə rəhbərliyinə sui-qəsd təşkil etmək məqsədilə Qırğızıstana gəlməsi iddia edilib.
Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Hazırladı: Jalə FAMİLQIZI
Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Rəsmi qurumların da mövqeyini dərc etməyə çalışacağıq.