26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Şəhidlik zirvəsinə ucalan Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlunun nəşi bu gün doğulduğu Salyan rayonuna gətirilib.
Sozcu.info AZƏRTAC-a istinadən xəbər verir ki, şəhidlə boya-başa çatdığı evdə vida mərasimi keçirilib. Cənazə namazı qılınıb və bütün şəhidlərin ruhuna dualar oxunub.
Vida mərasimində Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəsmiləri, veteran və qazilər, şəhidin döyüş yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, 2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror tədbirləri zamanı ağır yaralanmış Ü. Bağırov aprelin 7-də müalicə olunduğu tibb müəssisəsində vəfat edib.