26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Qazaxıstanda sabiq daxili işlər naziri Erlan Turqumbayev saxlanılıb.
Sozcu.info xəbər verir ki, bu barədə “Kazinform” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Qazaxıstanın Daxili İşlər Nazirliyinin sabiq rəhbəri 2022-ci ilin yanvarında baş vermiş faciəvi hadisələrlə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə ona qarşı açılmış cinayət işi çərçivəsində saxlanılıb.
Agentlik qeyd edib ki, martın 20-də o, artıq prokurorluqda dindirilib.
Məlumatı Qazaxıstan Baş Prokurorluğu da təsdiqləyib.
Qeyd olunub ki, Qazaxıstan Respublikasının Baş Prokurorluğu 2022-ci ilin yanvar hadisələri ilə bağlı cinayət işlərinin istintaqını davam etdirib. Belə ki, bu il aprelin 29-da keçmiş daxili işlər naziri Erlan Turqumbayev ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə saxlanılıb./axar.az/