Çin və Rusiya Qazaxıstan torpaqları uğrunda mübarizəyə başlayıb –Təhlil

Çin və Rusiya Qazaxıstan torpaqları uğrunda mübarizəyə başlayıb –Təhlil

 Qriqori Qranin

REGNUM IA, 07.02.2017

 

Nazarbayevin açılma icazəsini gözləyən Çingiz xanın qəbri, Qazaxıstan torpaqları uğrunda mübarizədə müğənni müsabiqəsindən yararlanan Çin, prezidentin ehtimal edilən varisinin Rusiyaya getməyi və Qazaxıstan bayrağından istfadənin gözlənilməz üsulu – keçən həftə Qazaxıstandan xəbərlər süjetinin qısa siyahısı budur.

İcmalı bu dəfə siyasətdən deyil, mədəniyyət xəbərlərindən başlamaq istərdik: və bu, Rusiya, Qazaxıstan və Çin təmsilçilərinin cəlb edilmiş olduğu beynəlxalq qalmaqalın səbəbi ola bilər.

Əhvalatın əvvəli bu cürdür. Çində "I am singer – 2017” müsabiqəsinə qatılan Qazaxıstan müğənnisi Dimaş Kudaybergenov şou təşkilatçılarının qərarı ilə Vitasın məşhur "Oprea №2” mahnısını ifa edib. Kudaybergenov öz çıxışını elan edərkən hiti iki ton yuxarıdan oxumağı vəd edib və bunu edib də. Çin tamaşaçıları Kudaybergenovu, yeri gəlmişkən, Çində populyar olan ikinci Vitas adlandırıb və Qazaxıstan müğənnisi bir saatın içində Çində məşhur adama çevrilib. Sonra isə qalmaqal başlanıb. Vitasın prodüseri Sergey Pudovkin müəllif hüquqlarının pozulduğu haqda "I am singer – 2017”-in təşkilatçısı "Hunan” Çin telekanalına etiraz göndərib. Pudovkin Qazaxıstan KİV-ə müsahibədə Dimaş Kudaybergenovu özgəsinin mahnısını oxuyan saxta müğənni adlandırıb. Vitas Kudaybergenov pərəstişkarlarının sosial şəbəkələrdə neqativinə cavabda Instagram-da qazax dilində post dərc edib və bildirib ki, Qazaxıstanı bütün qəlbi ilə sevir. Dimaş Kudaybergenov isə etiraf edib ki, heç nəyə baxmayaraq Vitası sevərək ona sayğı göstərməkdədir.

Tutarlı sual doğur: bəs onda, ümumiyyətlə, bu qalmaqaldan yazmaq nəyə lazımdır? Ona görə ki, burada qəflətən siyasi astar aşkarlayıblar. Məsələn, qazaxdilli baq.kz portalında Qazaxıstanın dinşünas alimi kimi təqdim ounmuş Murtaza Jenisulının rəyi dərc olunub. O, hesab edir ki, Dimaşın populyarlığı "Çin siyasəti”nin nəticəsidir.

Jenisulı həmvətənlərinə xəbərdarlıq edib: "Çinlilər öz məqsədlərinə çatıblar: qazaxıstanlıların əksəriyyəti düşünür ki, bu, sadəcə, musiqi müsabiqəsi və gənc müğənninin uğurudur. Guya Çin vətənində etirafa nail ola bilməyən Dimaşı qəbul edib, çinlilər nə qədər ədalətlidirlər! Lakin məsələ Dimaşda və onun istedadında deyil. Qazaxıstan cəmiyyəti, xüsusən də qazaxlar bu müsabiqənin sayəsində Çinə və çinlilərə münasibətlərini dəyişiblər. Ola bilsin, Çin siyasi texnoloqlarının qəsdi də bu idi. Və bu müsabiqə "Çin necə böyük, varlı və ədalətli ölkədir” düşüncəsini şüurumuza bir daha çatdırıb. Nə olar ki, sevinin, sevinin!”

Qazaxıstanın başqa resurslarında da oxşar rəylər səslənir. Bunların içində beləsi də var: Vitasın mahnısı təsadüfən deyil, Qazaxıstanla Rusiyanı dalaşdırmaq üçün seçilib.

Nə üçün? Çinin Qazaxıstanda böyük planları var. "Независимая газета”nn yazdığı kimi, "çinlilər Qazaxıstan torpaqlarının hesabına dünya taxıl bazarını devirməyə hazırlaşırlar”.

Qəzetin məqaləsində deyilir: "Çin Mərkəzi Asiya ərazisində özünün taxıl dəhlizini inşa etməlidir. Dəhliz Afrika, Asiya və Çinin özünə ildə 160 milyon ton taxıl ixrac etməlidir. Çin layihəsini miqyasını başa düşməkdən ötrü xatırlamaq lazımdır ki, Rusiyadan maksimal taxıl ixracatı 37,5 milyon ton səviyyəsində gözlənilir. Belə çıxır ki, çinlilər dünya bazarına RF-nin bu gün çıxardığından dörd dəfə çox taxıl çıxarmağa hazırlaşırlar. Çinin planı gerçəkləşsə, Rusiyanın kənd təsərrüfatının inkişafı planını yenidən nəzərdən keçirmək lazım gələcək. Dünya bazarında təklif ödəniş qabiliyyətli tələbi xeyli üstələyə bilər. Nəticədə dünya qiymətləri labüdən çökəcək. Və maya dəyəri Çininkindən yuxarı olan taxıl istehsalçılarını müflisləşmə təhdid edəcək”.

Məqalədə həmçinin Rusiya ekspertlərinin rəyləri verilib. Onlar narahatlıq keçirirlər ki, Çin layihəsi uğurla gerçəkləşəcəyi halda Rusiyanı, sadəcə, dünya taxıl bazarından sıxışdırıb çıxartmağa imkan verər. Nəşr "Alor Broker” şirkətinin analitiki Kirill Yakovenkodan sitat gətirir: "Çin və Qazaxıstanın taxıl dəhlizi üzrə planları gerçəkləşsə, onda dünya taxıl bazarı ciddi şəkildə dəyişiləcək. İstisna deyil ki, taxılın qiyməti düşəcək, keyfiyyətə tələb isə artacaq. Elan edilmiş həcm xeyli çoxdur. Və bu, bazara daxil olsa, artıq Rusiya taxıl ixracatı üzrə lider olmayacaq. Həm də fakt deyil ki, taxıl ixracatı indiki kimi gəlir gətirəcək”.

Ancaq burası da var ki, digər dərclərə əsasən, məkrli Çin "Opera №2” əhvalatının arxasında gizlənib Qazaxıstanda həm də taxıl layihəsinə görə öz imicini yüksəltməyə cəhd edir. Başqa hədəflər də var və burada Qazaxıstan prezidentinin özü bələdçi rolunda çıxış edir.

Xatırladaq ki, Nursultan Nazarbayev 2017-ci il yanvarın axırında özəl müraciətlə çıxış edib və ölkədə hazırlanan siyasi transformasiya haqda məlumat verib. Söhbət prezident səlahiyyətlərinin bir hissəsinin parlament və hökumətə verilməyindən gedir. Bunun üçün konstitusiya islahatının keçirilməsi planlaşdırılıb. Konstitusiyaya düzəlişlərin içində özəl mülkiyyətə aid olanı da var. Məsələn, qüvvədəki Konstitusiyanın 26-cı maddəsində deyilir: "Qazaxıstan Respublikasının vətəndaşları qanuni əldə edilmiş istənilən özəl mülkiyyətə sahib ola bilərlər. Özəl mülk, o cümlədənm miras hüququ qanunla zəmanətə alınır”.

Ümumxlaq müzakirəsinə çıxarılmış layihəyə əsasən, bu normanı sıradakı ilə əvəzləmək təklif olunur: "Hər kəs qanuni əldə edilmiş istənilən mülkiyyətin özəl sahibi ola bilər. Xüsusi mülkiyyət hüququ toxunulmazdır. Özəl mülkiyyət, o cümlədən miras hüququ qanunla zəmanətə alınır. Mülkiyyətə özəl sahiblik hüququnu məhdudlaşdıran və yaxud qanuni əldə edilmiş özəl mülkdən məhrum edən qanunlar və digər hüquqi aktlar Konstitusiya ilə nəzərdə tutulmayıbsa, onların qəbuluna yol verilmir”.

Müxalifət xadimi, Qazaxıstan Sosialist Hərəkatının həmsədri Aynur Kurmanovun fikrincə, "xarici vətəndaşların torpağı özəl mülkiyyətə götürmək hüququ və hətta Qazaxıstanda özəlləşdirmənin nəticələrinin yenidən nəzərdən keçirilməyi haqda qadağanın Konstitusiyada möhkəmləndirilməsi fırıldaq və dələduzluqdur”.

Kurmanov yazır: "Etim Elbası (qazaxca: millət Lideri-tərc.) Çin kapitalının ölkədəki mülklərini və Pekinin öz vətəndaşları vasitəsilə torpaq almaq imkanını bununla qanuniləşdirmək istəyir. Belə çıxır ki, "Qazaxıstan Respublikasının vətəndaşları” sözlərinin çıxarıldığı maddəyə düzəlişlər apriori olaraq torpağın Çin şirkətlərinə satışına aid elə onun "moratorium”unu pozur ki, bu da onun saxtalığını bir daha göstərir. Ölkədəki bütün xarici vətəndaşlar bu halda istənilən nisbətdə torpaq sahibi ola bilər. Bu, Çin kapitalının qondarma, yerli "aborigen”sədrlərdən istifadə etməyə məcbur olduğu "birgə müəssisələr” maskası altında ört-basdır edilir. Həmin maddə tətbiq edildikdən sonra artıq buna ehtiyac olmayacaq. Gələcək hökumət və parlamentin mövqeyi də Konstitusiyaya bu düzəlişlə zəiflədilir, çünki bütün iqtisadi güc, hasilat müəssisələrinin səhmləri, energetika, nəqliyyat, metallurgiya, yataqlar, məhsuldar torpaqlar hakim ailənin, yaxın oliqarxların və xarici, birinci növbədə Çin şirkətlərinin əlindədir”.

Qazaxıstan Qanunvericilik İnstitutunun direktoru Aslan Tukiyev Kurmanovun fikirlərini bölüşmür. O, Qazaxıstanın Tengrinews.kz portalına müsahibədə bildirib: "2016-cı ildə özəl komissiya torpaq məsələsi üzrə toplantı keçirib. Uyğun yasaq və moratoriumlar Torpaq kodeksinə dəyişikliklər edilməsi haqda qanun layihəsi formasında əksini tapıb. Biz bu məsələdə məhz Torpaq kodeksinə müraciət etməliyik. Torpaq kodeksində isə bu məsələ (əcnəbilərə torpaq satışı-tərc.) prinsipcə tənzimlənib”.

 

Çin deyil, Rusiyadır

 

Burada tarixə kiçik bir ekskurs etmək lazım gəlir. 2016-cı ildə Qazaxıstanda  torpaq qanunvericiliyinə birı sıra düzəlişlər qəbul edilib. Burada xaricilərə Qazaxıstan torpaqlarını uzun müddətə icarəyə götrümək icazəsi verən norma da var idi. Bu norma mitinqlərə səbəb olub. Nazarbayev bundan sonra yeni Torpaq kodeksinin bəzi normalarının tətbiqinə moratorium qoyub.

Amma elə o zaman aydın olub ki, Qazaxıstan torpaqlarının əsas icarədarları heç də çinlilər deyil, rusiyalılardır. Rəsmi məlumatlara əsasən, 2016-cı ildə xarici torpaq istifadəçilərinin adına 59,2 min hektar torpaq yazılıb. Bu torpaqların hamısı icarədədir. Özü də bunun 10 236 hektarı rusiyalılardadır. Çin Qazaxıstanda cəmi 282 ha torpaq icarəyə götürməklə bu siyahıda altıncı yeri tutur.

Və Rusiyanın Qazaxıstan torpaqlarına idddiası məsələsi yenidən davam etdi.

Yanvarın 27-də Ukrayna saytlarının birində məqalə yayımlanıb ki, Rusiya LDP Krım bölgə şöbəsindən Dövlət Dumasının deputatı Pavel Şperov Rusiya parlamentinin aşağı palatasında rusiyalı həmvətənlərin problemləri üzrə dəyirmi masanın toplantısında Qazaxıstan ərazisinə dair olduqca birmənalı iddialar səsləndirib. O, yanvarın 26-da Dövlət Dumasında çıxış edərkən deyib: "Biz böyük ölkəyik və bütün dünyada mümkün üsullarla öz maraqlarımızı qorumalıyıq. Qüvvəmiz yetərincədir, təbliğat aparmaq lazımdır. Yaxın xaric deyilən ərazilərdə hər şey itirilməyib. Biz, məsələn, Qazaxıstanda öz ərazilərimizdə yaşayan həmvətənlərimizi diaspora adlandırarkən mən hesab edirəm ki, bu torpaqlar müvəqqəti qoparılıb, sərhədlər əbədi deyil və biz Rusiya dövlətinin sərhədlərinə qayıdacağıq. Bu ən yaxın vaxtlarda olacaq. Yəni əzəldən bizim olan ərazilər geri qayıdacaq”.

Təəccüblü deyil ki, Rusiya deputatının sözləri Qazaxıstanda, həm də Ukraynada dərhal böyük hiddət sıçrantısı və hətta təcavüz doğurub.

Qazaxıstanın Exclusive dərgisi Şperovun bəyanatına reaksiya verib: "Bu dəfə ifadələrin dərəcəsi yüksəldilib – məhz bu hesaba ki, haradasa deyil, RF Dövlət Dumasınada səsləndirilib. Məsələ burasındadır ki, bir zamanlar məhz Rusiya Dövlət Duması "Krımın Rusiyaya birləşdirilməsi” deyilən qanun layihəsini irəli sürüb və sonra da Fedearsiya Şurası onu bəyənib. Buna görə də Rusiyanın qanunverici qurumunda Qazaxıstana qarşı yönəlmiş bu cür separatçı bəyanatların açıq şəkildə səslənməsi faktı narahatlıq doğurmaya bilməz”.

Sosial şəbəkələrdə qazax millətçi vətənsevərlərinin dəstəklədiyi ciddi hay-küy qalxıb.

Dövlət Dumasında vəziyyəti yumşaltmağa çalışıblar. Dövlət Duması beynəlxalq məsələlər üzrə komitəsinin sədri Leonid Slutski (LDP) bildirib: "Qazaxıstan Rusiya üçün qardaş dövlət, Avrasiya İqtisadi Birliyi, həmçinin siyasi, ticari-iqtisadi və humanitar sahələr üzrə ən yaxın tərəfdaşıdır. Ölkələrimiz arasında heç bir gərginlik yarana bilməz və yaranmamalıdır – xüsusən də bu cür uydurma və əsassız bəhanə üzrə. Dövlət Dumasında bu cür ideya heç vaxt səslənməyib. Əmin etməyə cürət edirəm ki, nə parlament fraksiyalarında, nə profil komitələrdə bu cür təklif meydana çıxa bilər. Bunun üçün heç bir əsas yoxdur. Bu sitat çıxışın kontekstindən qoparılıb və jurnalistlərin uydurma qənaətləri ilə müşayiət olunur”.

Lakin Jirinovskinin ölkədə "əzəli rus torpaqları”nın qaytarılmasına çağırış kimi səslənmiş oxşar ifadələrini Qazaxıstanda yaxşı xatırlayırlar. Buna baxmayaraq, RF XİN rəsmi təmsilçisi Mariya Zaxarova fevralın 3-də brifinqdə Qazaxıstan jurnalistinin "Niyə Rusiyanın bəzi siyasi  xadimləri, o cümlədən RLDP lideri Vladimir Jirinovski Qazaxıstan ərazisinin bir hissəsinə RF iddialarına nisbətdə bəyanatlar verirlər?” sualını cavablandırarkən Rusiyanın rəsmi siyasəti və müxtəlif siyasətçilərin şəxsi baxışlarını ayırd etməyə çağırıb. Zaxarova gileylənib: "Biz demokratik axınlar dövründə yaşayırıq. Siyasətçilər bu forma dövründə müasir beynəlxalq proseslərə öz şəxsi baxışlarını ifadə edə bilərlər. Biz onların baxışları ilə Moskvanın rəsmi mövqeyi arasından həmişə xətt keçiririk”.

Bu arada PLDP saytında Pavel Şperovun çıxışının doğurduğu rezonansa  nisbətdə onun şərhi yayımlandı: "Milli maraqlar uğrunda mübarizə hər bir dövlətin milli strategiyasının əsasında durur. Rus insanının maraqları uğrunda mübarizə Rusiyanın milli marağı olub və olacaq. Sərhədlər isə, doğrudan da, əbədi deyil – dünyanın siyasi xəritəsi ildən-ilə dəyişir. Bu, faktdır. Bu da faktdır ki, yaxın xaric ölkələrində titul millətlə müqayisədə rus əhalinin hüquqları tez-tez pozulur. Və həmvətənlərimiz onların iştirakı olmadan qəbul edilmiş siyasi qərarlara görə bədəl ödəməyə məcburdurlar”.

Amma bu mövzunu Milli Strategiya İnstitutu baş direktorunun müavini Aleksandr Kostinin sözlərilə bitirmək istərdik: "MDB məkanı Rusiyada ictimai diqqətin həmişə autsayderi olub – burada bu siyasət üçün qəyyum olmayıb və çox təəssüf ki, buna görə də o, Rusiya üçün maraqlı deyil. Lakin sanki hər şey tam əksinə olmalı idi. Amma buna heç kim reaksiya vermir – nə ekspertlər, nə də XİN. Eyni zamanda bu istiqamətdə hər şeyin böyük qismini XİN müəyyən edir. O isə bizə yarıməsrlik kateqoriyalarla əməliyyat aparmağa alışmış sovetlərdən qalıb”.



Oxşar Xəbərlər

Xəbər lenti