Daha iki rəis müavini təqaüdə göndərildi - ƏMR

Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin iki rəis müavini vəzifəsindən azad edilib.

Sozcu.info xəbər verir ki, qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.

Əmrə əsasən, Məmmədov Çingiz Ələddin oğlu və Cəfərov Cümşüd Əli oğlu rəis müavini vəzifəsindən azad edilərək, təqaüdə göndəriliblər.

Rəhimov Sənan Təyar oğlu isə idarənin rəisi olaraq təsdiqlənib.

Qeyd edək ki, bu ilin mart ayında Maliyyə və təminat idarəsinin rəisi vəzifəsinin icrası Sənan Rəhimova tapşırılmışdı.



Oxşar Xəbərlər

Xəbər lenti