Polis polkovnikindən ŞOK İDDİA: “Ağ çiçəyim” qəsdən yandırılıb!


Dünən gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən "Ağ çiçəyim" gül mağazasında güclü yanğın baş verib. Hadisə barədə rəsmi versiya elektrik xətlərində nasazlıq olsa da, bir sıra başqa iddialar da səsləndirilir. Yanğının qəsdən törədildiyini bildirənlər də var. Bəs bu ehtimal nə dərəcədə doğrudur? 

Sozcu.info xəbər verir ki, iddialara münasibət bildirən sabiq polis polkovniki, hüquqşünas Şəmsəddin Əliyev bu barədə “yenisabah”a danışıb. Deyib ki, səsləndirilən iddiaların doğru olmaq ehtimalı yüksəkdir: 

“Mənim də ehtimalım belədir ki, bu tip yanğınlar qəsdən törədilir. Çünki “Sədərək” Ticarət Mərkəzində, taxta-şalban satışı ilə məşğul olan bir sıra obyektlərdə baş verən yanğınlar kiçik sahibkarlara həm maddi, həm də mənəvi ziyan vurur. Mütəxəssislər belə hadisələrə sonradan rəy verib, bildirirlər ki, bu hal qısaqapanma, yaxud başqa səbəbdən yaranıb. Ancaq mən belə düşünürəm ki, bir ticarət obyektinin sahibi başqa oxşar məkanın sahibindən, yaxud bir qrupun digər qrupdan qisas almaq məqsədilə bu cür olay yaşana bilər. Həmçinin, sözügedən ticarət mərkəzinin gəlirinin çoxalmasının qarşısını almaq üçün paxıllıq, qısqanclıqdan kimlərsə bunu edə bilər. Bunu özləri etməsə də, başqa yollarla törətmək mümkündür. Yalnız istintaq, dindirilmə və prossesual hərəkətlər icra olunduqdan sonra belə qənaətə gəlinir ki, hadisədə hər hansı bir qəsd yoxdur. Yoxdursa, bizim də həmin rəy və prossesual qərarla barışmağımız lazım olur. Analoji hadisələri araşdırmaq üçün güclü və peşəkar mütəxəssislərə ehtiyac var. Yanğının törədilmə üsulunu, vasitələrini, səbəbini dəqiq, incəliklə, tələsmədən və geridə heç bir şübhə buraxmadan araşdırmaq lazımdır. Məsələni ört-bastır etmək üçün yox”. 

Hüquqşünas əlavə edib ki, bu cür risklərdən qorunmaq üçün sığorta ən vacib şərtdir: 

“Bütün hallarda vətəndaşlara belə arzuolunmaz hadisələrdən qorunmaq üçün obyektlərini sığorta etdirmək tövsiyə olunur ki, gələcəkdə sığorta şirkəti həmin şəxsə dəyən maddi ziyanı ödəsin. 

“Ağ çiçəyim” gül mağazası son zamanlar reklam olunan, geniş ictimai nüfuza malik bir ticarət məkanıdır. Sözügedən mağaza şəbəkəsinin ticarət və xarici ölkələrlə əlaqələri mövcuddur. Bu markanın tədarüklə bağlı heç bir problemi yoxdur. “Ağ çiçəyim” brendi müxtəlif vaxtlarda bir sıra efirlərə, ad günü məclislərinə, tanınmışlara hədiyyə olaraq gül büketləri göndərir. Təbii ki, həmin hədiyyələrin dəyəri 10 ya da 50 manatla ölçülmür. Bu cür məlumatlar televiziya və mediada işıqlandırıldıqda qısqanclıq da artır. Beləliklə, rəqiblər onlardan “qisas alıb”, zərərsizləşdirmək üçün həmin əməlləri törətməklə, qol-qanad açmaq istəyirlər”.



Oxşar Xəbərlər

Xəbər lenti