Qəzzadakı zülmün 248-ci günü: Ölənlərin sayı artmağa davam edir


İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 40 nəfər artaraq 37 min 124 nəfərə çatıb.
Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 248 gündür hücumları ilə bağlı məlumat verilib.

Hürriyyət.az xəbər verir ki, İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 5 "qırğın" həyata keçirdiyi və bu hücumlarda daha 40 fələstinlinin həyatını itirdiyi, 218 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 37 min 124-ə, yaralıların sayının isə 84 min 712-yə yüksəldiyi qeyd edilib.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.Qəzza zolağında həlak olanların sayı 1417 nəfərə çatıb - YENİLƏNİB



Oxşar Xəbərlər

Xəbər lenti