8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Pensiya filialının direktoru Şahin Əliyev, müavini Elnur Qurbanov Nərimanov məhkəməsində cavab verəcəklər
DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev 26.01.2023 tarixli, müavini Elnur Qurbanov 22.02.2023 tarixli məktublarla 1-ci dərəcəli Qarabağ qazisinin pensiyasının məhkəmə qərarı ilə ayrılan 110 manatla birlikdə 1112,44 manat, bir il sonra 21.02.2024 tarixli məktubla isə 1082,70 manat müəyyən edildiyini bildirib.
Yəni pensiya 11,2 faiz indeksləşmədən sonra 155 manat artmaq yerinə , əksinə 30 manat az hesablanıb. Heç demə, borclu 7 il qabaq 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı dövlətin adından çıxarılan məhkəmə qərarının icrasını 01.04.2023-cü ildən özbaşına dayandırıb və 14 aydır bərpa etmir. Əksinə, internet resursları vasitəsilə ali dövlət hakimiyyəti orqanlarına, hüquq orqanlarına, Ombudsmana, qərarı çıxaran Bakı İnzibati Məhkəməsinə yalan məlumat verirlər ki, guya məhkəmə qərarını qanun ləğv edib. Həmin orqanlar da 14 aydır bu yalanı , korrupsiya faktını Konstitusiya aktı kimi qəbul edirlər.
Qanunun belə “hüququ”nun olmadığını bildirəndə isə yalandan qərarın icra olunduğunu bildiriblər. Əslində bu korrupsiya cinayətidir, lakin nə prokurorluq, nə məhkəmə bu fakta qiymət vermək istəmir. Odur ki, tələbkar 1-ci dərəcəli qazi Nərimanov məhkəməsinə DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Əliyev Şahin İbrahim oğlu və müavini Qurbanov Elnur Eldar oğlu barəsində Cinayət Məcəlləsinin 147.1 maddəsi əsasında cinayət məsuliyyətinə cəlb edilmələrinə xüsusi ittiham qaydasında şikayət verib. Xüsusi ittihamçı şikayətinin daha ağır maddə ilə araşdırılması üçün prokurora göndərilməsini də xahiş edib.
Hakim Həbib Həsənov cinayət işi üzrə hazırlıq iclasını 13.06.2024-cü ilə təyin edib. Xüsusi ittihamçı CPM-in 51-2 maddəsi əsasında iclasın videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsinə, CPM-in 194-cü maddəsinə əsasən dövlət hesabına vəkillə təminatına ərizə verib.
İstənilən halda, dövlətin adından çıxarılan məhkəmə qərarının icrasının özbaşına, yalan məlumatlarla dayandırılması , 14 aydır yalandan icra olunduğunun bildirilməsi qazinin işgüzar nüfuzuna da xələl gətirir. Yəqin bununla bağlı mülki iddia da verilər. Məhkəməyə verilən pensiya məmurları isə özbaşınalıqdan birinci instansiyada əl çəksələr, daha yaxşı olar. Yoxsa, bu məhkəmə “çox su aparacaq”.
Məğrur BƏDƏLSOY
P.S. Qarabağ qazisinin yataqda olması məhkəmənin hazırlıq iclasının 20.06.2024-cü il tarixinə keçirilməsinə nədən olub...