Rüşvət almaqda ittiham olunan sabiq hakimlə bağlı yeni - QƏRAR


Rüşvət almaqda ittiham olunan Sumqayıt Şəhər Məhkəməsinin sabiq hakimi İlyas Mahmudovun şikayətinə baxılıb.

Sozcu.info xəbər verir ki, şikayəti Sumqayıt Apellyasiya Məhkəməsi araşdırıb.

İlyas Mahmudov ittihamları qəbul etmədiyini, əsassız həbs edildiyini deyib.

Müdafiə tərəfi çıxışlarında məhkəmədən bəraət qərarı çıxarılmasını xahiş ediblər. Prokuror isə hökmün eynən qüvvədə saxlanılmasını tələb edib.

Məhkəmə tərəflərin çıxışlarını dinlədikdən sonra hökmdə hər hansı qanun pozuntusu olmadığı qənaətinə gəlib.

Qərara əsasən apellyasiya şikayəti təmin edilməyib. Artıq qərardan Ali Məhkəməyə kassasiya şiakayəti verilib.

Qeyd edək ki, İlyas Mahmufov 2008-2019-cu illərdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi işləyib. Üç il sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlyas Mahmudov 9 il müddətinə azadlıqdan mərhum edilib.



Oxşar Xəbərlər

Xəbər lenti