Dünən, 09:38
11-02-2025, 11:22
6-02-2025, 11:51
27-01-2025, 14:21
12-01-2025, 15:28
“Qarşıdan gələn növbədənkənar Parlament seçkilərində iştirak edəcək hamıya uğurlar arzu edirəm. Mən indikiləri tanımıram, köhnələrdən bəzilərini tanıyıram”.
Sozcu.info xəbər verir ki, bu sözləri manset.az-a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov bildirib.
O, açıqlamasında anadan olduğu Şəki rayonundan olan deputatları tanımadığını bildirib:
“İstərdim ki, parlamentdə təmsil olunacaq deputatlar professional, insanlara ürəyi yanan, iş bilən olsun. Şəkidə 2-3 gün qaldım, gəldim. Vallah orda deputatları tanıyan yoxdur. Təkcə Cavanşiri tanıyıram, ona heç bir söhbət yoxdur. Amma o biriləri tanımıram. Təzə bir-iki nəfər var, onların da adı heç bir dəftərdə yoxdur"
Müxbirin "Bəs parlamentin yaşlı deputatları ilə bağlı nə deyə bilərsiniz?" sualına Abid Şərifovun cavabı belə olub:
"Qocalara gəldikdə isə mən o barədə çox şey danışmayacam. Bütün qoca deputatlara cansağlığı arzulayıram. Onlara uğurlar diləyirəm".