8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyevin istefa verməsi xəbərləri yayılmaqdadır.
Sozcu.info xəbər verir ki, bu informasiyanı iyulun 22-də pravda.az verib.
İstefanın avqust ayında elan ediləcəyi gözlənilir. Qeyd olunub ki, qurultaya hazırlaşan bəzi üzv təşkilatlar da yekun qərarı gözləyirlər. Sədrin istefası təsdiqlənərsə, qurumun Nizamnaməsinə uyğun olaraq qurultay çağırılacaq və yeni sədr seçiləcək.
Təşkilatın sözçüsü Rəşad Nəsirov isə sayta deyib ki, bu barədə xəbərsizdir.
Lakin əslində, Möhbalıyevin gedişi gözlənilən idi və uzun müddətdir ki, adı maliyyə maxinasiyaları, “putyovka” biznesində keçən hazırkı sədrin postunu tərk edəcəyi proqnozlaşdırılırdı. Çünki sədr təyin olunduğu dövrdən bəri Möhbalıyev AHİK-i korrupsiya yuvasına çevirmişdi. İndisə onun adının YAP-ın deputatlığa namizədlər siyahısında olmaması ilə bu qurumdakı vəzifəsindən də gedəcəyi prosesini sürətləndirib. Bu barədə Tribunainfo.az məlumat əldə edib və bildirilir ki, istefasına səbəb AHİK-də olan maliyyə pozuntuları, mənimsəmələr və yeyintilərdir. Əgər Həmkarlar İttifaqında maliyyə təftişi aparılmasına başlansa, ciddi qanun pozuntuları aşkarlana bilər.
Misal üçün, ölkədə fəaliyyət göstərən 200 minə yaxın müəllimin aylıq maaşının 2 faizi həmkarlar üçün tutulur. Bu 10 milyona yaxın vəsait deməkdir. O cümlədən, 85 mindən çox neftçinin də aylıq əmək haqqından 2 faiz həmkarlara ayrılır. Eyni qayda ilə dövlət müəssisələrində çalışan insanlar da həmkarlara aylıq ödənişlər edir. Gerçəklikdə isə bu, Səttar Möhbalıyeva ödənilən aylıq haqqdır. Çünki Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri bütün bu vəsaitləri cibinin pulu kimi xərcləyir, otellər, sanatoriyalar tikir, xaricdə, xüsusilə Türkiyədə biznes qurur və s. Əvəzində isə nə müəllimlərimiz, nə neftçilərimiz, nə də həmkarlara haqq ödəyən digər çalışanlar AHİK-in sanatoriyalarının üzünü belə görə bilmir. Bu baxımdan qurumda maliyyə yoxlamaları zaman böyük korrupsiya cinayətləri faş ola bilər. Xəbərlərə görə, Möhbalıyev təhvil-təslim prosesindədir və qurultayda yeni sədr müəyyən olunacaq. Onu da qeyd edək ki, S. Möhbalıyev bitərəf namizəd kimi deputatlığa iddialıdır.