YARIM MİLYARD İNSAN ACLIQLA ÜZLƏŞƏCƏK - Hazırda dünyada hər 11 nəfərdən biri acdır”


Birləşmiş Millətlər Təşkilatı Qida Təhlükəsizliyi və Qidalanma üzrə illik hesabatını dərc edib.

Sozcu.info xəbər verir ki, hesabatda ərzaq təhlükəsizliyinin son 4 ildə daha da pisləşdiyi açıqlanıb.

Hesabata görə, 2030-cu ilə qədər dünyada aclığın aradan qaldırılması getdikcə daha çətin bir prosesə çevriləcək. Hesabatda həmçinin 2019-cu ildən qida əlçatımlığının daha da pisləşdiyi açıqlanıb.

“2023-cü ildə müharibələr, iqlim dəyişikliyi və iqtisadi böhranların təsirləri səbəbindən təxminən 733 milyon insan aclıqla üzləşəcək. Köklü dəyişiklik olmasa, yaxın on ildə təxminən 582 milyon ölümcül aclıq vəziyyəti ilə üzləşəcək. Hazırda dünyada hər 11 nəfərdən biri, Afrikada isə hər beş nəfərdən biri ölümcül aclıqla üz-üzədir”,-deyə hesabatda bildirilib.

Hesabatda Qəzza xalqının da aclıqla mübarizə apardığı vurğulanıb. Birləşmiş Millətlər Təşkilatı Qəzzada 495 min fələstinlinin aclıqla üzləşdiyini açıqlayıb. Qeyd olunub ki, yaxın aylarda bu rəqəmin 1,1 milyona yüksələcəyi gözlənilir.

Aclığın ən mühüm səbəblərindən biri kimi Ukraynadan bölgəyə kənd təsərrüfatı məhsullarının çatdırılmasının əhəmiyyətli dərəcədə pozulması göstərilib.

"AzPolitika.info"



Oxşar Xəbərlər

Xəbər lenti