Müdafiə Nazirliyinə dəyən ziyanın məbləği məlum oldu: Nazirin keçmiş müavini günahını...


İl-76 hərbi-nəqliyyat təyyarəsi üçün nasaz təyyarə hissələrinin tədarükü səbəbindən Rusiya Müdafiə Nazirliyinə 130 milyon rubl məbləğində ziyan dəyib.

Sozcu.info xəbər verir ki, bu barədə “İzvestiya” öz mənbəsinə istinadən məlumat yayıb.

Təyyarənin istismarı nəticəsində məlum olub ki, təyyarəyə saxta podşipniklər quraşdırılıb. Belə hissələrin tədarükünə səbəb saxta sənədlər olub.

Rusiya İstintaq Komitəsi dələduzluq faktı əsasında cinayət işi açıb. İstintaq dövlət müdafiə sifarişlərini yerinə yetirən həssas obyektlərin işinə nəzarət edən prokurorluğun apardığı yoxlamanın materialları əsasında başlayıb.

Faktla bağlı “Vəzifə səlahiyyətlərindən sui-istifadə” maddəsi ilə cinayət işi başlanıb. İş üzrə təqsirləndirilən şəxslər Balaşixa Töküm və Mexanika Zavodunun naməlum vəzifəli şəxsləri olub.

İlkin araşdırma materiallarına görə, şirkətin əməkdaşları 2017-ci ildən 2022-ci ilə qədər mənşəyi məlum olmayan keyfiyyətsiz podşipniklər alıblar. Həmin hissələr Müdafiə Nazirliyinin hərbi nümayəndəliyi tərəfindən saxta qəbul sənədləri ilə təkərlərlə birlikdə filiala göndərilib.

Saxta ehtiyat hissələrinin istifadəsi nəticəsində 5 ədəd İl-76MD-90A təyyarəsi sıradan çıxıb.

Xatırladaq ki, müdafiə nazirinin keçmiş müavini Timur İvanov və iş adamı Sergey Borodin barəsində cinayət işinə baxan məhkəmə iş üzrə təqsirləndirilən şəxslərin təqsirli olduğunu təsdiq edən şahid ifadələrini alıb.

Timur İvanov milyard rubl dəyərində rüşvət almaqda ittiham olunur. Amma o, günahını etiraf etmir.



Oxşar Xəbərlər

Xəbər lenti