Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” –
Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Həbsdə olan Saakaşvili müxalifətə göstəriş verdi
Bu qanunlarda dəyişiklik edildi -
FƏRMAN
Azərbaycanda dəmiryolçular üçün tədris mərkəzi tikiləcək
Gürcüstanda Prezident ilə parlament arasında nifaq -
qərar verildi
"III Dünya müharibəsinin astanasındayıq"
Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
Baş nazir bu qaydaya dəyişiklik etdi
Polkovnikin oğlu ev dustaqlığına buraxıldı
Dollar almaq istəyənlər oxusun
Netanyahunun müşaviri ömürlük həbs oluna bilər
Bu il sosial müavinət və Prezident təqaüdləri üzrə ödənişlərin məbləği açıqlanıb
Əvvəlki
Sonrakı
İlham Əliyevdən Şuşa ilə bağlı paylaşım -
VİDEO
8-11-2024, 10:40
Gürcüstanda bəzi məntəqələrdə seçkilərin nəticələri ləğv edilib
5-11-2024, 21:00
Hizbullahın yeni lideri ilk müraciətini yaydı
- Mübarizə sözü verdi
30-10-2024, 18:46
"Türkiyə terror hücumlarının hansı məqsədlə həyata keçirildiyini bilir"
- Ərdoğan
25-10-2024, 19:08
Putin Kiyevin Ərdoğanın sülh danışıqları təklifindən imtina etdiyini açıqlayıb
24-10-2024, 21:29
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
ÖLKƏYƏ TƏHLÜKƏLİ ŞPRİSLƏRİN GƏTİRİLMƏSİNƏ KİMLƏR HİMAYƏDARLIQ EDİR? –
Və ya dövlət siyasətini sabotaj edənlərin məqsədi nədir?
İcbari Tibbi Sığorta Agentliyi, Gömrük Komitəsi və Analitik Ekspertiza Mərkəzinin məsuliyyətsizliyi Azərbaycanda əhalinin sağlamlığını ciddi təhdid altında buraxır
“Azərbaycanda əhalinin sağlamlığı ciddi təhdid altındadır. Dövlət xəstəxanalarına, poliklinikalara, bəzi özəl klinikalara və apteklərə külli miqdarda mənşəyi məlum olmayan və ilk baxışdan keyfiyyətsiz, hətta yararsız olduğu görünən şprislər paylanılıb. Bu şprislərdən istifadə insanların müxtəlif ağır infeksiyalara yoluxmasına, hətta ölümlərə səbəb ola bilər”.
Bu fikirlər dövlət xəstəxanalarından birində çalışan və məlum səbəblərdən adının çəkilməsini istəməyən həkimə aiddir. Redaksiyamıza müraciət edən həkim fakt kimi həmin şprislərin bəzi nümunələrini də təqdim edib. Bəziləri tünd, bəziləri açıq-qara rəngdə olan şprislərin (şəkilləri təqdim olunur-red.) hansısa plastik məhsulların (ola bilsin, birdəfəlik şprislərin) 2-ci, 3-cü təkrar emalından sonra kustar üsullarla hazırlandığı aydın şəkildə görünməkdədir.
“Ən dəhşətlisi odur ki, bu şprislərin üzərində istehsalçısı kimi yazılan şirkətlərlə bağlı hər hansı məlumat tapmaq mümkün deyil. Yəni, tamamilə saxta məhsullardır. Belə saxta, mənşəyi məlum olmayan şprislər İcbari Tibbi Sığorta Agentliyinin (İTSA) və Səhiyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin rəsmilərinin razılığı olmadan nəinki dövlət xəstəxanalarında istifadə oluna, özəl apteklərdə belə satıla bilməz. Ona görə də bu faktın ciddi araşdırılmasına, cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsinə, belə şprislərin xəstəxanalardan və apteklərdən dərhal yığışdırılmasına ehtiyac var. Hüquq-mühafizə orqanları belə saxta və təhlükəli məhsulların ölkəyə necə daxil olduğunu, xəstəxanalara, apteklərə necə yol tapdığını araşdırmaqla, bəlkə də, mütəşəkkil cinayətkar dəstəni ifşa edə bilərlər” – deyə, həkim bildirir.
Məsələni araşdırmaq məqsədi ilə apteklərdə satılan, xəstəxana və poliklinikalarda istifadə olunan şprislərlə maraqlandıq. Qarşılaşdığımız mənzərə həkimin dediklərini təsdiqlədi. Düzdür, bir sıra apteklərdə yerli və xarici şirkətlərin keyfiyyətli məhsulları da satılır.
Ancaq bununla yanaşı alıcılara mənşəyi məlum olmayan şprislər təqdim edən apteklər də az deyil.
Məsələn, hazırda alıcılara üzərində göstəriciləri rus dilində yazılan və guya “Dr.Para” adlı şirkət tərəfindən istehsal olunduğu bildirilən 10 qramlıq və 20 qramlıq, eləcə də “B*Braumann” adlı şirkətin məhsulu olduğu iddia edilən 2 və 5 qramlıq keyfiyyətsiz şprislər təqdim olunur. İnternet üzərində araşdırma aparmaqla şpris istehsalı ilə məşğul olan belə şirkətlərin ümumiyyətlə mövcud olmadığını müəyyən etmək çətin deyil. Bir müddət sonra bunları başqa saxta şirkət əvəzləyir...
Yəni, “yeraltı” zirzəmilərdə, antisanitariya şəraitində istehsal olunan və insan həyatı üçün təhlükəli olması ehtimalı yüksək olan şprislər saxta şirkətlərin adları ilə Azərbaycana gətirilir, burada kütləvi şəkildə satışı və istifadəsi təmin olunur.
Bəs belə saxta, keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli məhsullar ölkəyə necə daxil olur, apteklərə və xəstəxanalara necə yol tapır?
Bu istiqamətdə apardığımız ilkin araşdırmalar göstərir ki, bunda bir sıra
strukturlardakı səlahiyyətli şəxslərin ya məsuliyyətsizliyi, ya da cinayətkar işbirliyi rol oynayır.
İlk növbədə qeyd edək ki, harada istehsal edildiyi məlum olmayan bu şprislər ölkəyə idxal edilərək gömrük nəzarətindən keçməlidir. Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları sadə vətəndaş hansısa məhsulu gətirərkən az qala istehsalçıya dair məxfi məlumatları da istəyir.
Ancaq necə olursa, saxta şirkətlərə məxsus mənşəyi məlum olmayan şprislər illərdir ki, Azərbaycana kütləvi şəkildə gətirilə bilir. Mətbuatda dəfələrlə həyacan təbili çalınmasına baxmayaraq, heç bir tədbir görülmür. Bunun səbəbini öyrənmək üçün DGK-nin məsul şəxsləri ilə əlaqə saxlamağa cəhd etsək də, həmişəki kimi telefonları susdu.
Ona görə də, suallarımızı açıq saxlayır, Komitənin məsələyə münasibət bildirməsini gözləyirik: saxta şprislər ölkəyə necə daxil olur? Komitənin məsul şəxsləri keyfiyyətsiz şprislərin idxalı ilə məşğul olanlarla bacarmır, yoxsa ortada hansısa çirkli razılaşmalar var?
Yeri gəlmişkən, rəsmi statistikaya görə, son bir ildə ölkəyə 10 və 20 qramlıq şprislər idxal edilməyib. Ancaq apteklər və xəstəxanalar xaricdən gətirilən saxta 10 və 20 qramlıq şprislərlə doludur. Belə çıxır ki, 10 və 20 qramlıq şprislərin rüsumları yüksək olduğundan, ya qeydiyyatdan yayındırılır, ya da qaçaqmalçılıqla başqa şprislərin içərisində ölkəyə keçirilir. Ümid edirik ki, Gömrük Komitəsi bu məsələyə də aydınlıq gətirəcək.
Mənşəyi məlum olmayan saxta şprislərin ölkədə satışına və istifadəsinə görə məsuliyyət daşıyan qurumlardan biri də, şübhəsiz ki, Analitik Ekspertiza Mərkəzi
dir
.
Analitik Ekspertiza Mərkəzinin razılığı olmadan əhalinin sağlamlığını risk altında buraxan bu məhsullar apteklərdə satıla, xəstəxanalarda istifadə oluna bilməz. Bəs keyfiyyətsiz olduğu baxanda belə məlum olan bu şprislərin ölkədə satışına niyə icazə verilir?Təəssüf ki, Mərkəzin məsul şəxslərindən bu sualımıza da cavab ala bilmədik. Telefon nömrəmizi götürən mərkəzin xanım əməkdaşı sualımızı qeyd etdiyini, bizə cavab veriləcəyini bildirsə də, geridönüş olmadı. Görünür, bu rəzalətə verəcək bir cavabları yoxdur.
Xatırladaq ki, “AzPolitika.info” təxminən 2 il əvvəl də ölkədə keyfiyyətsiz şprislərin satılması ilə bağlı problemi gündəmə gətirmiş
di
.
O zaman adıçəkilən Mərkəz ölkədə satılan şprislərin ekspertizadan keçirilmədiyini, bunun üçün laboratoriyanın olmadığını bildirmişdi. Şprislərin onları gətirən şirkətlərin mənşə və keyfiyyət sertifikatları əsasında satışına icazə verildiyini qeyd etmişdi. Hansı ki, bu sertifikatları Azərbaycana şprisin idxal edildiyi Çində 300-500 dolllara almaq mümkündür. Çünki xaricə ixrac olunan məhsulların beynəlxalq keyfiyyət standartlarına cavab verməsinə xüsusi diqqət yetirilmir, hətta bu ölkədə "yeraltı" sex məhsullarına belə sertifikatları alıb verən şirkətlər fəaliyyət göstərir.
Qəribə də olsa, Analitik Ekspertiza Mərkəzi hələ də tibbi ləvazimatların keyfiyyətinin yoxlanılması üçün laboratoriya qurmayıb. Bəlkə də, hansısa maraqlara görə qurmaq istəməyib. Çünki indiki halda laboratoriya olmadığını bəhanə edərək mənşəyi məlum olmayan keyfiyyətsiz şprisləri onların gətirən şirkətlərin təqdim etdikləri “sertifikatlara” əsaslanaraq satışına icazə verə bilir. Təbii ki, nəyinsə müqabilində...
Ölkə vətəndaşlarının sağlamlığı isə, görünür, bu qurumun rəhbərliyini maraqlandırmır. Əks halda, bu laboratoriyanı qurardı. Ən azı ölkədəki şpris zavodunda mövcud olan laboratoriyada idxal olunan şprislərin keyfiyyətini yoxladıqdan sonra onların satışına və istifadəsinə icazə verərdi. Bunu etmirsə, deməli, ortada hansısa çirkli razılaşma, işbirliyi var... Bunu isə hüquq-müafizə orqanları araşdırmalıdır.
Ölkədə mənşəyi məlum olmayan təhlükəli şprislərin belə total yayılmasının başlıca günahkarlarından biri və, bəlkə də, birincisi İcbari Tibbi Sığorta Agentliyidir (İTSA) desək, yəqin səhv etmərik. Məsələ ondadır ki, dövlət xəstəxanalarını, poliklinikaları, hətta İTSA ilə müqaviləsi olan bir sıra özəl klinikaları dərmanlarla, tibbi ləvazimatlarla məhz Agentliyin tenderlərdə qalib etdiyi şirkətlər təmin edi
r. Bu tenderlərin necə keçirildiyi, Agentliyin rəhbərliyinin qalib şirkətləri necə müəyyənləşdirdiyi, hansı qanunsuzluqlara yol verildiyi geniş bir yazının mövzusu olduğundan indi üzərində dayanmırıq.
Ancaq qeyd etmək lazımdır ki, ölkəyə mənşəyi məlum olmayan bu keyfiyyətsiz şprisləri həm də İTSA-nın tenderlərində qalib olan şəxslərin şirkətləri idxal edir. Hansı ki, iz itirmək, ictimaiyyəti çaşdırmaq və məsuliyyətdən qaçmaq üçün bu şirkətlərin adlarının vaxtaşırı dəyişdirildiyi bildirilir.Müxtəlif yollarla mənşəyi məlum olmayan şprisləri gətirib Bakıda anbarlara dolduran və tenderlərdə “kreativ” maxinasiyalarla qalib edilən bu şirkətlərin İTSA-nın rəhbərliyindəki şəxslərin yaxın çevrəsinə aid olduğu da şübhə doğurmur. Hər halda ölkədə beynəlxalq standartlara cavab verən şpris istehsal edən zavod olduğu halda Agentliyin dövlət xəstəxanaları, poliklinikalar üçün şprisləri “yeraltı” sexlərin məhsullarını idxal edən şirkətlətdən almasının başqa izahı ola bilməz.
Misal üçün, bildiyimiz kimi bu günə qədər əhaliyə COVİD 19 əleyhinə 14 000 000 ədədə yaxın vaksin vurulmuşdur. Vaksinasiya üçün istifadə edilən çox əhəmiyyətli olan 0,5ml-lik xüsusi vaksin şprislərinin cəmi 5 700 000 ədədi yerli istehsalçıdan alınmış, 8 000 000 ədədi isə idxal edilmişdir.
Halbuki Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə yerli şpris zavodunun qurulmasında (dövlət 5 milyon kredit ayırıb, səhmlərinin 29 faizi dövlətə məxsus Azərbaycan İnvestisiya Şirkətinə aiddir) əsas məqsəd ölkəni idxaldan asılılıqdan qurtarmaq olub.
Bunu Prezident İlham Əliyev 2019-cu ilin mayından fəaliyyətə başlayan “Diamed Co” şpris istehsalı zavodunun açılışında şəxsən bəyan edib. Sitat:
“
Azərbaycanda bu sahədə də idxaldan asılılıq aradan götürülmüş olacaq. Bu zavodda bizim siyasətimiz öz əksini tapır, çünki idxaldan asılılığı azaltmaq bizim üçün əsas məsələlərdən biridir. Bu günə qədər biz şprisləri xaricdən alırdıq, indi isə buna ehtiyac qalmır”.
Ancaq qəribə də olsa, İTSA-nın rəhbərliyi və Analitik Ekspertiza Mərkəzi Prezidentin istiqamətləndirdiyi dövlət siyasətinin tam əksinə gedərək tabeliklərindəki tibb müəssisələrini yerli məhsulla deyil, xaricdən gətirilən keyfiyyətsiz şprislərlə təmin etmyə üstünlük verirlər.
Diqqət edək:
Azərbaycanda şprisə olan illik tələbat 135 milyon ədəddir. “Diamed Co” şpris istehsalı zavodunun illik istehsal gücü 150 milyon ədəd şprisdir. Yəni zavod Azərbaycanı tam şəkildə, həm də yüksək keyfiyyətli şprislərlə təmin etmək gücündədir.
Ancaq zavod fəaliyyətə başladıqdan sonra ölkəyə Statistika Komitəsinin rəsmi məlumatına görə, 2020-ci il üzrə xaricdən 89 milyona, 2021-ci ildə 70 milyona yaxın şpris idxal olunub. 2022-ci ilin ilk iki ayında ölkəyə təxminən 9 milyon şprisin gətirildiyini nəzərə alsaq, bu il də 70-75 milyon şprisin idxal ediləcəyini deyə bilərik. Hansı ki, bunun böyük hissəsini İTSA-nın tenderlərində qalib elan etdiyi
elan etdiyi şirkətlər idxal edir.
Ancaq bu da hamısı deyil. Səhiyyə Nazirliyi də hər il humanitar yardım kimi ÜST-dən, Beynəlxalq Qızıl Xaç Komitəsindən və Qızıl Aypara Cəmiyyətindən təxminən 30 milyondan artıq şpris alaraq ölkəyə gətirir.
Maraqlıdır ki, Səhiyyə Nazirliyinin humanitar yardım məqsədi ilə gətirdiyi şprislərin hamısı Türkiyənin “Set injekt” şirkətinin məhsulu olur. Həm bu fakt, həm də nazirliyin humanitar yardım kimi insanların daha çox əziyyət çəkdiyi xəstəliklər üçün lazım olan dərmanları deyil, məhz şpris sifariş etməsi ortada hansısa çirkli biznes maraqlarının olduğunu düşünməyə əsas verir. Təsadüfi deyil ki, bu şprislərin də böyük hissəsinin nazirliyin məsul şəxslərinə yaxın apteklərdə satıldığına dair iddialar var.
Yəni, bilavasitə dövlət qurumlarının iştirakı ilə ölkəyə 100 milyondan artıq şpris daxil olur. Həm də mənşəyi məlum olmayan, keyfiyyətsiz, insan sağlamlığı üçün təhlükəli məhsullar. Hansı ki, mütəxəssislər belə şprislərin insanlarda sinir və xərçəng xəstəlikləri yaratdıqlarını bildirirlər.
Burada maraq doğuran əsas suallardan biri də İTSA-nın və İnnovasiya və Təchizat Mərkəzinin niyə yerli zavodun deyil, xaricdən mənşəyi məlum olmayan şprisləri almaqda maraqlı olmasıdır?
Bunun zavodun bazarın tələblərini ödəyə bilməməsi ilə bağlamaq olmaz. Çünki zavod rəsmiləri dəfələrlə mətbuata açıqlamalarında tam gücü ilə işləməyə hazır olduqlarını, anbarlarının dolu olduğunu vurğulayıblar.
Bunu yerli məhsulun baha olması ilə də əlaqələndirmək olmaz.
Çünki şprisləri “Diamed Co” zavodundan aldıqda nə nəqliyyat xərcləri, nə gömrük rüsumları, nə də idxal zamanı meydana çıxan başqa xərclər olmadığından yerli məhsulun daha ucuz başa gəldiyi şübhə doğurmur. Təbii ki, müafiq keyfiyyət standartlarına cavab verən, zibildən hazırlanmayan şprislərlə müqayisədə.
Bunu keyfiyyətlə də əlaqələndirmək olmur.
Belə ki, “Diamed Co” zavodunun istehsal etdiyi məhsulların xammalı tibbi yönümlü polimerlər olmaqla, İsveçrənin dünyaca məşhur olan “İNEOS” şirkətindən, iynə ucları isə bu sahədə bir nömrə olan Yaponiyanın məşhur “NİPRO” şirkətindən alınaraq gətirilir. Xaricdən gətirilən şprislər, yuxarıda qeyd etdiyimiz kimi tullantı məhsullardan hazırlanır və insan sağlamlığı üçün təhlükəlidir.
Bu halda İcbari Tibbi Sığorta Agentliyinin yerli zavodun məhsullarını almaqdan imtina edərək zibilliyə atılmalı olan şprisləri idxal edən şirkətlərlə işbirliyi qurmasının, Analitik Ekspertiza Mərkəzinin belə şprislərin ölkədə satılmasına “yaşıl işıq” yandırmasının səbəbi kimi bəzi ehtimallar ortaya çıxır.
Birinci ehtimal odur ki, ortada korrupsiya maraqları, külli miqdarda dövlət vəsaitinin talanması var.
Belə ki, ya bu şirkətlər adıçəkilən qurumların rəhbərlərinin özlərinindir, xaricdən çox ucuz qiymətə (kilosu 1 -2 qəpiyə) aldıqları keyfiyyətsiz şprisləri baha qiymətə rəsmiləşdirib külli miqdarda dövlətin vəsaitini mənimsəyirlər. Ya da mənşəyi məlum olmayan şprisləri gətirən şirkətləri tenderlərdə qalib edərək, onlardan böyük miqdarda “otkat” alırlar.
İkinci ehtimal isə odur ki, bu qurumların rəhbərliyində Azərbaycanda milli istehsalın, xüsusilə sənayenin inkşafının qarşısını almaq istəyən xarici qüvvələrlə işbirliyi içində olan şəxslər var.
Məhz onlardan aldıqları tapşırıqla xaricdən keyfiyyətsiz şprisləri ölkəyə doldurmaqla Prezidentin təşəbbüsü ilə açılan, dövlət kreditilə tikilən zavodun bağlanılmasına çalışırlar.
Üçüncü ehtimal odur ki, bu qurumlarda ölkə rəhbərliyini, siyasətini sabotaj etmək istəyən, ölkədə narazılıq yaratmağa çalışan, Azərbaycanda iş görməyin qeyri-mümkün olduğunu göstərməyə cəhd edən şəxslər var
. Təsəvvür edin ki, Prezidentin təşəbbüsü ilə açılan zavod 3 il sonra bağlanır. Həm də məhsuluna yüksək tələbat olan bir zavod. Dövləti istəməyən qüvvələr bunu bütün dünyaya yayacaq. Bunu görən hansı iş adamı Azərbaycana investisiya qoyar, ölkədə yeni zavod açmağa maraq göstərər?! Heç kim!
Başqa ehtimallar da mümkündür. Ancaq istənilən halda ölkəyə mənşəyi məlum olmayan, keyfiyyətsiz şprisləin gətirilməsində iştirak edən, buna şərait yaradan vəzifəli şəxslərin dövlətə və millətə düşmən mövqedə dayandığını, hətta xəyanət etdiyini deyə bilərik.
Çünki həm dövlətin vəsaiti talanır, həm külli miqdarda valyuta xaricə axır, həm milli iqtisadiyyatın inkişafına zərbə vurulur, həm də əhalinin sağlamlığı risk altında buraxılır. Odur ki, hüquq-mühafizə orqanlarının bu faktları nəzarətə götürməsinə, cinayətə yol verən vəzifəli şəxslərin aşkara çıxarılmasına ehtiyac var!
Mövzu ilə bağlı araşdırmalarımızı davam etdirərək ekspertlərin, dövlət qurumlarının mövqeyini də dərc etməyə, saxta şprislərin hansı şirkətlər tərəfindən ölkəyə gətirildiyini öyrənməyə çalışacağıq.
“AzPolitika.info”
Oxşar Xəbərlər
Azərbaycanda bəzi şəxslərin müalicəsi ilə bağlı icbari tibbi sığorta tarifləri müəyyənləşdiriləcək
Azərbaycanda özəl və dövlət apteklərinə nəzarət edən qurumlar açıqlanıb
Əhaliyə ŞAD XƏBƏR: Pulsuz oldu
Gələn həftədən vaksin vurdura bilməyənlərə sertifikat veriləcək
Xəbər lenti
Bu tarixədək 300 milyon insan öləcək -
Alimlər
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” –
Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Həbsdə olan Saakaşvili müxalifətə göstəriş verdi
Bu qanunlarda dəyişiklik edildi -
FƏRMAN
Sabah ölkədə iş günüdür?
Azərbaycanda dəmiryolçular üçün tədris mərkəzi tikiləcək
Gürcüstanda Prezident ilə parlament arasında nifaq -
qərar verildi
"III Dünya müharibəsinin astanasındayıq"
Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
Baş nazir bu qaydaya dəyişiklik etdi
Polkovnikin oğlu ev dustaqlığına buraxıldı
Dollar almaq istəyənlər oxusun
Əhaliyə XƏBƏRDARLIQ:
Bu ərazilərdə işıq olmayacaq
Müharibə veteranlarını
SEVİNDİRƏCƏK XƏBƏR
Netanyahunun müşaviri ömürlük həbs oluna bilər
Bu il sosial müavinət və Prezident təqaüdləri üzrə ödənişlərin məbləği açıqlanıb
Yol polisi küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib
Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR -
Sirləri açdı!
Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyülüb
İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi -
Uduzdu
“NAZİR İSLAHATLARIN NƏTİCƏSİNDƏN DANIŞIR, ANCAQ...”
- Sabiq deputat sensasiyalı faktları açıqladı
Nazir oğlu: "400 minlik yeyintidən xəbərim olmayıb"
Niyam Rəmişin xanımını işdən çıxardıb?
Azərbaycanda boşananlara BƏD XƏBƏR:
246 manat...
Şəhidin atası vəfat etdi -
FOTO
Gündə 6 dənəsini yemək bədəni dəmir və kalsiumla doldurur
Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq -
RƏSMİ
Prezident iki dövlət qurumunu ləğv etdi –
SƏRƏNCAM
İmişlidə təbiətə qənim kəsilən generalın əmisi oğludur?
Qırmızı kitab"a düşən ağacları kim qırdırır?
Kartof ixracımız 23 min tona yaxın azalıb
“Onlara sual verən yoxdur ki, sən bu maaşla necə dəbdəbəli həyat yaşayırsan?!” –
Tibb işçilərindən rəsmi qurumlara MÜRACİƏT
Yeni Azərbaycan Partiyası: Tarixi gerçəklikdən milli ideala doğru
Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq
Veteranların 80 manatı və pensiya ödəniş vaxtı… -
Deputat
Kobaxidze Baş nazir vəzifəsində qalacaqmı?
Temperatur 20 dərəcəyə yüksələcək
"Şimali Koreya Rusiyaya artilleriya sistemləri və MLRS-lər verib" -
Xarici KİV
“BakuBus” avtobusu qadını vurdu -
Vəziyyəti ağırdır
Azərbaycan və Pakistan Silahlı Qüvvələr rəhbərləri görüşüblər
General oğluna yüksək vəzifə verildi
Keçmiş sevgilisi azərbaycanlı qadını küçədə öldürdü
Gürcüstan prezident seçkilərinin vaxtını yəqinləşdirəcək
Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib
Əli Əsədov yeni qərar imzaladı
Ağacan Abiyevin vəziyyəti pisləşdi -
Xəstəxanaya aparıldı
Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir –
Bəs Arxitektura Komitəsi hara baxır?
Ərdoğandan xəbərdarlıq:
“Putin buna sərt cavab verə bilər”
Bakıda həbsxanada fırıldaq:
məhbus yoldaşının pullarını görün necə ələ keçirdi
Ukraynaya F-16 təyyarələri verildi
Binəqədi İH niyə məhkəməyə verildi?
PRİZMA
Yeni Azərbaycan Partiyası: Tarixi gerçəklikdən milli ideala doğru
MÜSAHİBƏ
1
2
3
4
5
6
Müxalifətin yeni parlamenti boykot cəhdləri hüquqi nəticə verməyəcək
44 günlük müharibədə ona görə qalib gəldik ki, Rusiya...
“Mən birlik layihələrinin könüllüsüyəm"
– CƏLAL QURBANOV
TƏCİLİ! Bakıda keçmiş məhkum üç polisi və bir mülki vətəndaşı öldürdü -
Rəsmi xəbər
Vahid Ələkbərovun keçmişi: "O, İdrisin cənazəsi ilə otaqda tək qaldı...."
- "Dedi ki, şalvarım cırıq olduğuna görə qalxıb oynaya bilmədim…”
Qatil əhmədləri elə televiziyaların belə proqramları yetişdirir...
-Müsahibə
TƏHLİL
Qarabağın qədim mədəniyyət mərkəzindən Qafqazın Xirosimasınadək
SOSİAL
1
2
3
4
5
6
Bu tarixədək 300 milyon insan öləcək -
Alimlər
Sabah ölkədə iş günüdür?
Əhaliyə XƏBƏRDARLIQ:
Bu ərazilərdə işıq olmayacaq
Müharibə veteranlarını
SEVİNDİRƏCƏK XƏBƏR
Yol polisi küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib
Niyam Rəmişin xanımını işdən çıxardıb?