8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Son illərdə qlobal sosial media resursları ("Facebook", "Instagram", "YouTube" və s.) xeyli siyasiləşib, ikili standartlar artıb. Bir çox hallarda bu resurslar vasitəsilə sərbəst fikir bildirməkdə problemlər yaranır".
Sozcu.info xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz deyib.
Ekspert qeyd edib ki, bu məsələdə əsas səbəb məhz bu resursların özləri tərəfindən uzun illər oturuşan və hamını qane edən prinsipin, "məzmuna istifadəçi cavabdehdir" prinsipinin pozulması olub:
"Yəni qlobal resurslar məzmuna müdaxiləyə başladığı andan, ifadə azadlığına ikili standartlarla müdaxiləyə başladığı andan bu tip qapanmalar, kontentin silinməsi, "kontent saxta ola bilər" kimi işarələnməsi və s. reallığa çevrilib. Məhz bu səbəbdən sosial resursların hüdudsuz hakimiyyət əldə etməsindən dolayı 5 il öncə Tramp bu resurslarla bağlı ciddi bir tənzimləmə hazırlamışdı.
Prinsip ondan ibarət idi ki, əgər qlobal resurs kontenti redaktə edirsə, bu, artıq ifadə azadlığının pozulmasıdır, demək, o özü senzordur və kontentə görə özü məsuliyyət daşımalıdır. Yəni indiyədək mövcud olan "kontentə istifadəçi cavabdehdir" prinsipi pozulursa, onda qlobal resurslar da tənzimlənməyə cəlb olunmalıdır.
Tramp o zaman bunu reallaşdıra bilmədi. İndi həmin məsələ Türkiyədə baş verib. "Meta" şirkəti İranda qətlə yetirilən HƏMAS lideri İsmayıl Haniyə ilə bağlı Türkiyədəki paylaşımları "Instagram"dan silib. Yəni qlobal resurs yenə kontentə müdaxilə edib, yenə "redaktorluq" edib. Amma "Meta" Türkiyənin terrorçu hesab etdiklərilə bağlı çoxsaylı paylaşımları "Instagram"dan silməyib. Bu baxımdan "Instagram"ın qapadılması ilə bağlı Türkiyə hökumətinin, prezident Ərdoğanın mövqeyi anlaşılandır. Amma dövlət maraqlarının reallaşması istiqamətində Türkiyənin atdığı addımlar, "baltanın kökündən vurulması" sərt olub.