Adil Əliyev şəhid ailəsini ziyarət etdi -Foto


Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev şəhid İsabala Hüseynovun ailəsini ziyarətini edib. Şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirən İcra başçısı tarixi torpaqlarımızın düşmən işğalından azad olunması və şanlı bayrağımızın Vətən göylərində məğrurluqla dalğalanmasına görə qəhrəmanlarımıza əbədi borclu olduğumuzu bildirib. Prezident İlham Əliyevin şəhid ailələrinə yüksək diqqət və qayğı ilə yanaşılması barədə verdiyi tapşırıqlara uyğun olaraq, şəhid ailələrimizin və qazilərin sosial məsələlərinin həllinin prioritet təşkil etməsini qeyd edən Adil Əliyev bu istiqamətdə bütün addımların atılmasını bildirib.

Sozcu.info xəbər verir ki, Şəhidimizin ailə üzvləri dövlətimiz tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya öz təşəkkürlərini bildiriblər. 

Rəşadətli Azərbaycan Ordusunun hərbi qulluqçusu olan İsabala Hüseynov 2020-ci il sentyabrın 27-də başlanmış 44 günlük Zəfər yürüşümüz zamanı qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.




Oxşar Xəbərlər

Xəbər lenti