Veysəl Əyyubov vəzifəsindən azad edildi -
FOTO
Qabil Məmmədovun MƏHKƏMƏSİ BAŞLADI
Makronun xanımı əslində kişi imiş? -
Qərar verilib...
ADAU-da Heydər Əliyev Fondunun qurduğu suvarma sistemini kim, hara , necə YOX edib?
Bakıya gələcək yeni avtobuslarla bağlı qeyri-müəyyənlik –
Qiymətlər...
Ərdoğanın baş müşaviri vəfat etdi
Tibb fəaliyyəti ilə məşğul olan şəxslərlə bağlı yenilik!
Bu qəzetlərin redaksiyalarının MMC-ləri yaradıldı
Prezident Milli Onkologiya Mərkəzinə 650 min manat ayırdı -
SƏRƏNCAM
İlham Əliyev Monqolustan Prezidentini təbrik edib
BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”... -
Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür?”
Azərbaycanlılardan rüşvət alan polis rəislərini yarıçılpaq tutdular
Əvvəlki
Sonrakı
NAXÇIVANDA DEPUTATI BIÇAQLAMAQ İSTƏDİLƏR –
Biabırçı olay + FOTO
4-07-2025, 23:20
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
3-07-2025, 22:15
İsrail niyə savaşır?
18-06-2025, 08:36
Başına torba keçirilən qadınla bağlı RƏSMİ AÇIQLAMA
5-06-2025, 14:14
Mnatsakanyan işğalda iştirak etdiyini təsdiqlədi
23-05-2025, 18:15
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın müsbət beynəlxalq imicini gücləndirir
Bu gün Azərbaycanın dünyadakı nüfuzuna, beynəlxalq imicinə nəzər saldıqda Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın zəngin və çoxvektorlu ictimai-siyasi fəaliyyətinin ölkəmizin, onun mədəniyyətinin beynəlxalq səviyyədə təbliğinə verdiyi töhfələr diqqəti xüsusi cəlb edir.
Bu töhfələr Mehriban xanım Əliyevanın fəaliyyətinin həm milli, həm də ümumbəşəri aspektlərindən irəli gəlir. Belə ki, Mehriban xanım Əliyevanın şəxsiyyətinin ən nəzərəçarpan və unikal xüsusiyyəti də məhz vətənpərvərlik, milli təəssübkeşlik, doğma xalqına bağlılıq hisslərinin humanizm, xoşgörü, müxtəlif dinlər və mədəniyyətlər arasında harmoniya kimi ən ümdə bəşəri ideyalarla, dəyərlərlə vəhdət təşkil etməsidir.
Bildiyimiz kimi, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən mədəniyyət və incəsənət sahələrində çoxsaylı layihələr həyata keçirilib. Bu layihələr Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin həm qorunmasına, həm də ölkə daxilində və dünya səviyyəsində təbliğinə xidmət edir.
Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi ilə Azərbaycanın maddi və qeyri-maddi irsinin, xalqımızın yaratdığı mədəni dəyərlərin, o cümlədən Qarabağ mədəniyyətinin dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, digər formatlarda tədbirlər keçirilib. Azərbaycana məxsus maddi və mənəvi mədəniyyət inciləri dünya irs siyahılarına daxil edilərək ən yüksək səviyyədə qorunma altına alınıb. ABŞ, Fransa, İtaliya, Rusiyada və bir çox başqa ölkələrdə keçirilən yüzlərlə tədbirlər sayəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa və öyrənməyə başlayıb. Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan beynəlxalq ictimai rəydə müasir və sürətlə inkişaf edən ölkə, eyni zamanda, xalqımız öz tarixi köklərinə bağlı olan multikultural və tolerant cəmiyyət kimi tanınmaqdadır.
Azərbaycan mədəniyyətinin əsl himayədarı olan, zəngin mədəni irsimizi beynəlxalq miqyasda layiqincə təbliğ edən Mehriban xanım Əliyeva UNESCO-nun Xoşməramlı səfiri kimi Azərbaycan və dünya mədəni irsinin qorunması və təbliği sahəsində geniş fəaliyyət aparmaqdadır.
Belə ki, Azərbaycan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Mehriban xanım Əliyevanın bu istiqamətdə fəaliyyəti sayəsində mümkün olub.
Bundan əlavə, Mehriban xanımın təşəbbüsü ilə Mirzə Kazımbəyin 200 illik, akademik Yusif Məmmədəliyevin, xalçaçı rəssam Lətif Kərimovun, akademik Musa Əliyevin, yazıçı Mir Cəlal Paşayevin, rəssam Səttar Bəhlulzadənin və dramaturq İlyas Əfəndiyevin 100 illik, Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik, həmçinin Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik, “Leyli və Məcnun” operasının ilk tamaşasının 100 illik, “Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illik yubileyləri UNESCO səviyyəsində qeyd olunub.
Azərbaycan mədəniyyətinə dövlət səviyyəsində verilən dəyərin və şəxsən Mehriban xanım Əliyevanın mədəni irsimizin qorunmasına və təbliğinə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, Azərbaycan muğamı, xalçası, aşıq musiqisi, tar ifası, Novruz bayramı, kəlağayı sənəti, Lahıc misgərlik sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil ediliblər. UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmış Qız Qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğunun da mühafizəsi, restavrasiyası, tanıdılması istiqamətində də səmərəli işlər görülüb.
Mehriban xanım Əliyevanın UNESCO-nun Xoşməramlı səfiri və ölkəmizin Birinci vitse-prezidenti kimi 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs göstərməsi və buna nail olması da tarixi hadisədir.
Qeyd olunduğu kimi, Mehriban xanım Əliyeva mədəni sahədə beynəlxalq layihələr həyata keçirib, dünya mədəni irsinin qorunmasına da öz töhfələrini verib. Belə ki, Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Versal Sarayının parkındakı ümumbəşəri abidələrin bərpası, Luvr Muzeyinin bərpası, İkinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin bərpası, Romanın Villa Borgeze parkında Nizami Gəncəvinin abidəsinin ucaldılması, Vatikanda Roma katakombalarının bərpası, Moskvada M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycanın görkəmli yazıçısı, filosofu və humanisti Mirzə Fətəli Axundzadənin abidəsinin ucaldılması, Parisdə Azərbaycan Mədəniyyəti Mərkəzinin yaradılması, Romada Kapitolini Muzeyinin “Filiosoflar zalı”nın təmiri həyata keçirilib. Dünya mədəni irsinin mühafizəsinə, onun gələcək nəsillərə vacib əmanət kimi çatdırılmasına, bununla bəşəriyyətin mədəni
yaddaşının qorunmasına xidmət göstərən xeyirxah missiya hazırda da uğurla davam edirilir.
Bildiyimiz kimi, dini dəyərlər və dini irs dünya mədəniyyətinin mühüm tərkib hissəsidir. Bu baxımdan, Mehriban xanım Əliyeva İslam dünyasının elm, mədəniyyət, təhsil sahəsində fəaliyyət göstərən aparıcı təşkilatı olan İSESCO-nun (hazırda İCESCO) xətti ilə olduqca səmərəli işlər görüb. Bu çərçivədə, müxtəlif müsəlman ölkələrində xeyriyyə aksiyalarının keçirilməsi, müsəlman uşaqların təhsili və sağlamlığı ilə bağlı davamlı layihələrin reallaşdırılması, qız məktəblərinin tikilməsi, həmçinin 2009-cu ildə Bakının İslam mədəniyyətinin paytaxtı elan olunmasını xüsusi qeyd etmək lazımdır.
Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdə yeni məscidlər inşa edib, müqəddəs ziyarətgahların təmir-bərpa işlərini həyata keçirib. Bundan əlavə, Mehriban xanım Əliyeva yüz illər boyu Azərbaycanda dost və qardaş şəkildə yaşamış müxtəlif dinlərin nümayəndələrinin mədəni özünəməxsusluğunu qoruyub saxlaması, dini ayinlərini sərbəst yerinə yetirməsi üçün ibadət evlərinin bərpası və inşası işinə də böyük önəm verib. Mərdəkan qəsəbəsindəki XVI əsrə aid “Pir Həsən” ziyarətgahında, Binə qəsəbəsindəki “Möhsün Səlim” və “İmam Rza”, Gəncədəki “Həzrəti Zeynəb”, Buzovna qəsəbəsindəki “Cümə” və digər məscidlərdə əsaslı təmir və bərpa işləri həyata keçirilib. Davamlı olaraq ölkəmizdəki müqəddəs məkanları, dini ibadət yerlərini ziyarət edən Mehriban xanım Əliyeva bu nəcib fəaliyyəti ilə ölkəmizdə dövlət-din münasibətlərinin təkmilləşdirilməsi işinə böyük töhfə verib.
Mehriban xanım Əliyeva öz fəaliyyətində dünyada sülhün qorunmasına, həmçinin münaqişə ocaqlarında sülhün bərqərar olunması işinə xüsusi diqqət ayırıb. Məhz Mehriban xanımın təşəbbüsü sayəsində UNESCO və İSESCO-nun dəstəyi ilə 2008-ci ildə Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” beynəlxalq forumu keçirilib. Ölkəmizdə bilavasitə Mehriban xanım Əliyevanın təşəbbüsü nəticəsində “Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü”, “Gənclər sivilizasiyaların alyansı naminə” mövzusunda beynəlxalq konfranslar, “Dünya gənclərinin 4-cü məşğulluq sammiti”, BMT-nin Dövlət Xidmətləri Forumu, habelə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi qlobal tədbirlər yüksək səviyyədə təşkil olunub.
Təsadüfi deyil ki, Mehriban xanım Əliyevanın mədəniyyət və sivilizasiyalararası dialoq sahəsindəki zəngin və uğurlu fəaliyyəti beynəlxalq miqyasda olduqca müsbət qiymətə layiq görülüb. Bunun nəticəsi olaraq Mehriban xanım Əliyeva 2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq
ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun, 2006-cı ilin noyabrında isə humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə İSESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.
Mehriban xanım Əliyeva haqlı olaraq həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə şəfqətin, xeyirxahlığın simasına, təcəssümünə çevrilib. Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Təhsilə dəstək” layihəsi ölkə miqyasından çıxaraq, beynəlxalq humanitar təşəbbüs halını alıb. Belə ki, layihə çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlərlə yanaşı, Gürcüstan, Misir, Rumıniya, Rusiya, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulub və əsaslı təmir olunub. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələ nəticəsində dağılmış təhsil ocağının əvəzində yeni orta məktəb binasının, Gürcüstanın Dmanisi rayonunda yeni kompüter tədris mərkəzinin, bu ölkənin Bolnisi rayonunun Həsən Xocalı və Cəfərli kəndlərində yeni məktəb binalarının inşası, Gürcüstanın Marneuli şəhərindəki Azərbaycan ümumtəhsil məktəbinin, Tiflisdəki M.F.Axundzadə adına orta məktəbin, Qardabanidəki Azərbaycan məktəbi və Dmanisidəki Azərbaycan beynəlxalq orta məktəbinin, Rusiya Federasiyasının Ulyanovsk şəhərindəki orta ümumtəhsil məktəbinin binasının əsaslı təmir edilməsi belə layihələrdəndir. Bu istiqamətdə görülən işlər Mehriban xanım Əliyevanın xeyirxah və tərəqqipərvər missiyasının bütün dünya insanlarına faydalı olmaq məqsədi daşıdığını göstərir.
Mehriban xanımın humanist fəaliyyəti təhsillə yanaşı, səhiyyə sahəsini də əhatə edir. Təkcə Azərbaycan əhalisinin deyil, dünya əhalisinin də sağlamlığının qorunması daim Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasında dayanır. Sağlamlığın qorunması istiqamətində beynəlxalq tədbirlər çərçivəsində Heydər Əliyev Fondu Dünya Diabet Günü kampaniyasına qoşulub, əhalinin sağlamlığının qorunması, xüsusilə uşaqların fiziki cəhətdən sağlam böyüməsinə lazımi səviyyədə diqqət yetirilməsi üçün “Talassemiyasız həyat naminə” layihəsini icra etməyə başlayıb. Bundan əlavə, 2010-cu ildə Heydər Əliyev Fondunun UNICEF-in birgə keçirdiyi anemiya və talassemiya üzrə dəyirmi masada bu istiqamətdə bir çox mühüm problemlər müzakirə olunub.
Xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsi olan Mehriban xanım Əliyevanın ölkə daxilində həyata keçirdiyi humanitar missiyası dövlətimiz tərəfindən yüksək dəyərləndirilib və Mehriban xanım Azərbaycanın ən ali
dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülüb.
Mehriban xanımın dünya miqyasında humanitar fəaliyyəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə Mehriban xanım Əliyeva bu beynəlxalq təşkilatın “Qızıl ürək” ali mükafatına layiq görülüb. Beynəlxalq təşkilatların digər təltifləri arasında UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı, Krans Montana Forumunun Qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qızıl medalı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatını sadalamaq olar.
Xarici ölkələrin ali dövlət mükafatları sırasında isə Mehriban xanım Əliyeva Fransanın “Şərəf Legionu”, Rusiyanın “Dostluq” və “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı, Pakistanın “Hilal-e Pakistan”, Serbiyanın “Sreten”, Macarıstanın “Xidmətlərə görə” Komandor Xaçı, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenlərinə, Küveyt Dövlətinin Fəxri diplomuna layiq görülüb.
Mehriban xanım Əliyeva, eyni zamanda, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru seçilib.
Yuxarıda sadalanan nəcib missiyalarla yanaşı, Mehriban xanım Əliyevanın Azərbaycanın xarici siyasətindəki vacib missiyası ölkələrarası dostluq münasibətlərinin qurulmasıdır. Mehriban xanım Əliyeva Azərbaycanın Birinci xanımı kimi, müxtəlif dövlətlərin birinci xanımları ilə çoxsaylı görüşlər keçirib, müzakirələr aparıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Fransa, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələrin birinci xanımları və ya dövlət idarəetməsində yüksək vəzifə tutan xanımları ilə keçirdiyi görüşlər, əməkdaşlıq etdiyi müxtəlif platformalar xüsusi əhəmiyyət daşıyır. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyəti və görüşləri Azərbaycanın xarici əlaqələrinin inkişafına, başqa dövlətlərlə dostluq və
əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, bütövlükdə beynəlxalq siyasi nüfuzunun artmasına töhfələr verir.
Danılmaz həqiqətdir ki, Azərbaycan Respublikasında Birinci xanım institutunun formalaşması və uğurlu fəaliyyəti məhz Mehriban xanımın adı ilə bağlıdır. Mehriban xanım Əliyeva özünün beynəlxalq miqyaslı mədəni, humanitar fəaliyyəti ilə bu institutun dünyadakı ən mütərəqqi və nəzərəçarpan nümunələrindən birini yaradıb. Təsadüfi deyil ki, dünyanın bir sıra nüfuzlu nəşrləri Mehriban xanım Əliyevanın Birinci xanım kimi zəngin fəaliyyətinə həsr olunan məqalələr, müsahibələr dərc ediblər
Hülya Məmmədli
Politoloq
Oxşar Xəbərlər
Mehriban xanım Əliyeva ictimai-siyasi fəaliyyəti ilə Azərbaycan qadınının fədakar, humanist obrazını bütün dünyaya nümayiş etdirir!
Xalqını sevdiyi qədər sevilən insan
Fiziki məhdudiyyətli şəxslər İctimai Nəzarət Koalisiyasında
İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad olunmuş rayonlarda
Xəbər lenti
Pensiyalar bu tarixdə tam ödəniləcək -
RƏSMİ
Bu ərazidə qaz olmayacaq
Veysəl Əyyubov vəzifəsindən azad edildi -
FOTO
Sabah günorta saatlarında evdən çıxmayın -
XƏBƏRDARLIQ
Qabil Məmmədovun MƏHKƏMƏSİ BAŞLADI
Makronun xanımı əslində kişi imiş? -
Qərar verilib...
Qarşıdakı 4 gündə hava... -
Əhaliyə xəbərdarlıq
ADAU-da Heydər Əliyev Fondunun qurduğu suvarma sistemini kim, hara , necə YOX edib?
Bakıya gələcək yeni avtobuslarla bağlı qeyri-müəyyənlik –
Qiymətlər...
Ərdoğanın baş müşaviri vəfat etdi
Təbrizdə güclü partlayış baş verdi:
yaralılar var
Tibb fəaliyyəti ilə məşğul olan şəxslərlə bağlı yenilik!
Bu qəzetlərin redaksiyalarının MMC-ləri yaradıldı
Prezident Milli Onkologiya Mərkəzinə 650 min manat ayırdı -
SƏRƏNCAM
İlham Əliyev Monqolustan Prezidentini təbrik edib
BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”... -
Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür?”
Azərbaycanlılardan rüşvət alan polis rəislərini yarıçılpaq tutdular
Məhkəmə Tolik barədə QƏRAR VERDİ
Çörəyin qiyməti ilə bağlı AÇIQLAMA
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
Taksi sürücüləri SİMA ilə təsdiqlənəcək!
12 iyulla bağlı vacib MƏLUMAT
SON DƏQİQƏ:
“Azərbaycanda əsgərlik yaşı 20-yə qaldırıla bilər”
Xüsusi təyinatlılar azərbaycanlılara görə şöbələrə hücum etdi
“Məlhəm” Hospitalında pasiyentləri belə aldadırlar
İlham Əliyevin Nikol Paşinyanla görüşü çox konstruktiv mühitdə keçib -
İLKİN NƏTİCƏLƏR
Özbaşına tikilinin sökülməsi ilə əlaqədar mübahisələrdə əsas məqamlar
-Aysu Nəbizadə yazır
Həbsxanada “3 günlük görüş”də 12 yaşlı qıza necə təcavüz oluna bilərdi? -
Hər kəsi dəhşətə gətirən fakt
Prezidentdən sessiya iştirakçılarına -
MÜRACİƏT
Yeni rəis Rəşad Əhmədov məhkumları incidir
Qeyri-sabit hava şəraiti ilə bağlı
YENİ AÇIQLAMA
Pensiya alanlara şad xəbər
Yəmən İsrailə ballistik raketlərlə hücum edib
İlham Əliyevlə Paşinyanın görüşü başladı -
VİDEO
Sabah bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək -
XƏBƏRDARLIQ
Bakıda iş adamının 2 villasından yarım milyon manat oğurlandı
Gəncədən Moskvaya olan uçuş təxirə salındı -
SƏBƏB
Azərbaycanda bu qayda ləğv olunur
Saat 10:00-da işıq kəsiləcək -
Bu ərazilərdə
Onkologiyada inqilab:
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
Qazax İcra Hakimiyyətində yoxlama:
Pozuntular aşkarlandı
Sabah beş rayonda 24 minə yaxın abonent QAZSIZ QALACAQ
Azərbaycanda ən çox boşanma halları bu rayondadır -
Statistika
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
Cəlilabad xəstəxanasının işçilərinin maaşı verilmir
Gecə əri evə gələn qadın sevgilisini qızının otağında gizlətdi, o isə azyaşlı ilə...
- TƏFƏRRÜAT
“MedEra Hospital”da falçı otağı:
Elnur Əli həkimdirmi?
Tanınmış jurnalistdən Həmkarlar İttifaqına sərt etiraz:
“Bu necə insanlıqdır?!”
Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Qəbələ və Ağcabədidə həkimlərin MAAŞLARI VERİLMİR?
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
PRİZMA
Özbaşına tikilinin sökülməsi ilə əlaqədar mübahisələrdə əsas məqamlar
-Aysu Nəbizadə yazır
MÜSAHİBƏ
1
2
3
4
5
6
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
“İnsanın kim olduğu deyil, kim olmağa qərar verdiyi önəmlidir”
- MÜSAHİBƏ
Müxalifətin yeni parlamenti boykot cəhdləri hüquqi nəticə verməyəcək
44 günlük müharibədə ona görə qalib gəldik ki, Rusiya...
“Mən birlik layihələrinin könüllüsüyəm"
– CƏLAL QURBANOV
TƏHLİL
“AzerRos”-un xəyanəti və cinayəti
SOSİAL
1
2
3
4
5
6
Pensiyalar bu tarixdə tam ödəniləcək -
RƏSMİ
Bu ərazidə qaz olmayacaq
Sabah günorta saatlarında evdən çıxmayın -
XƏBƏRDARLIQ
Qarşıdakı 4 gündə hava... -
Əhaliyə xəbərdarlıq
12 iyulla bağlı vacib MƏLUMAT
Qeyri-sabit hava şəraiti ilə bağlı
YENİ AÇIQLAMA