Deputat olmaq üçün özgəsinin arvadını öpürlər...


Xəbər verdiyimiz kimi, sentyabrın 1-də ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu gün seçki kampaniyasının ən mühüm mərhələsinə start verilib. Qüvvədə olan qanunvericiliyə görə, bu gün başlayan təbliğat-təşviqat kampaniyası 21 gün davam edəcək. 

Sozcu.info bildirir ki, Azərbaycanda parlament seçkiləri ilə bağlı təbliğat kampaniyasına start verilməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Əksər sosial şəbəkə istifadəçiləri bu kampaniyanı “nənələrin öpülməsi" mərhələsi kimi qiymətləndirirlər. 

Bu da onunla bağlıdır ki, əvvəlki - 2020-ci ilin fevralında keçirilən parlament seçkiləri daha çox yaşlı insanlara xüsusi münasibətin göstərilməsi ilə yadda qalıb. Burada söhbət nənə və babaların, xüsusilə yaşlı qadınların öpülməsindən gedir. 

Əgər xatırlayırsınızsa, 2020-ci ilin yanvar-fevral ayları deputatlığa namizədlər tərəfindən nənələri öpülməsi ilə yadda qalfı. 

Qeyd edək ki, Azərbaycanda seçki ərəfəsində yağlı, şirnikləndirici vədlərin verilməsi adət halını alıb. 2020-ci ildə də analoji vədlər havada uçuşurdu. 

Görəsən, 5 il əvvəl nənələrə şirin vədlər verən namizədlər deputat seçiləndən sonra bir dəfə onların yanına getdilərmi? Onlar həmin nənələrin əksəriyyətinin ehtiyac, maddi sıxıntı üzündən dünyadan köçdüklərindən xəbərdardırlarmı?! Nəhayət, Allahın lütfü sayəsində həyatda qalan o nənələrin üzünə çıxmağa həmin adamlarda üz olacaqmı? 

Hər halda, kampaniya bu gün başlayır, ümid edirik ki, budəfəki parlament seçkiləri daha orijinal nüanslarla yadda qalacaq.

Əldə etdiyimiz məlumata görə, bu məsələ hakimiyyətin də diqqətindədir.

Dairə Seçki Komissiyaları (DSK) tərəfindən namizədliyi qeydə alınmış şəxslərə təbliğat-təşviqat kampaniyası dövründə əndazəni aşmamaları barədə xəbərdarlıq olunub./yenisabah.az/



Oxşar Xəbərlər

Xəbər lenti