8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakı dəqiqləşdikdən sonra onun yerinə göndəriləcək namizədlər haqqında müzakirələr davam edir. Bəllidir ki, Polad Bülbüloğlunun 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyi təsdiqlənib. Ötən həftəsonu o, qanunlara uyğun olaraq, artıq səfir kimi fəaliyyətini müvəqqəti dayandırıb. Deputat seçiləcəyi təqdirdə isə geri çağırılacaq və onun yerinə yeni təyinat olacaq.
Azərbaycanın Qarabağda suverenliyini tam bərpa etməsindən və Rusiya sülhməramlıları ölkəmizi tərk etdikdən sonra Bakı-Moskva münasibətləri siyasi baxımdan stabillik dövrünü yaşayır. Avqustun 6-da Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşdə də Prezident İlham Əliyev bir daha iki ölkə arasında münasibətləri yüksək qiymətləndirib. Azərbaycan-Rusiya münasibətlərinin bəzi qonşu dövlətlər üçün də bir nümunə olduğunu deyən Prezident İlham Əliyev bunu Cənubi Qafqazda və daha geniş məkanda mühüm təhlükəsizlik faktoru kimi dəyərləndirib. Prezident deyib ki, ilk növbədə geosiyasi vəziyyətlə bağlı əməkdaşlıq son dərəcə zəruridir.
O səbəbdən Rusiyaya səfir postuna göndəriləcək şəxs iki ölkə arasında münasibətlərin spesifikliyini nəzərə almalıdır. Yəni Rusiyada səfir olmaq asan iş deyil və başqa dövlətlərdən fərqlənir. Çünki həm Rusiyada 3 milyondan çox azərbaycanlının yaşadığını nəzərə almaq lazımdır, həm də regionda gedən proseslər fonunda Bakı-Moskva əlaqələrinin əhəmiyyəti diqqətə alınmalıdır. O baxımdan, namizədlər haqqında müzakirə aparıldığı deyilir.
GUAM PA-dakı nümayəndə heyətinə Elnur Allahverdiyev rəhbərlik edəcək
Bir müddət əvvəl bu strateji posta YAP-ın seçki siyahısında olmayan deputat Elnur Allahverdiyevin adı hallanıb. Bundan başqa, Prezidentin köməkçilərindən birinin də Rusiyaya səfir göndəriləcəyi haqda iddialar dolaşmaqdadır. Etibarlı mənbə “Yeni Müsavat”a Rusiyaya göndərilə biləcək şəxslər arasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun da adının hallandığını deyib.
Demokrat.az saytı bu mövzuda intriqanı artıran bir iddia haqda yazıb. Bildirilir ki, sabiq xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Rusiyadakı səfiri təyin oluna bilər.təcrübəli, peşəkar birisi səfir göndərilməlidir. Belə bir diplomata ehtiyac var. Bunu da bir neçə amillə izah etmək olar. İlk növbədə Azərbaycan-Rusiya əlaqələrini gücləndirmək baxımından bu vacibdir. Digər tərəfdən, bəzən dövlətlərarası münasibətlərdə suallar yaranır. Bu anda çevik olmalıdır. Erməni lobbisinin də gücü olduğu ölkələrdən biri Rusiyadır. Azərbaycan əleyhinə təbliğatlarını heç zaman dayandırmırlar. Bu istiqamətdə Rusiyadakı səfirimiz ölkəmizə qarşı təbliğatın qarşısını almağı bacarmalıdır. İndidən kimin səfir olacağını söyləmək çətin olsa da, bu posta, əlbəttə, son dərəcə peşəkar, hazırcavab və təcrübəli bir diplomatın təyin olunması çox vacibdir”.