Qoşqar Təhməzli öz şirkətini qalib etdi -Araşdırma


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) daha bir tender keçirərək, dərman və sarğı materialları alacaq. 

Sozcu.info xəbər verir ki, agentlik bu məqsədlə 179.739,96 manat xərcləyəcək. Tenderin qalibi isə “AVAZ GROUP” MMC-dir.

AQTA-nın sözügedən MMC ilə əlaqələri xeyli əvvələ gedib çıxır. Bu isə AQTA rəhbəri Qoşqar Təhməzli ilə “AVAZ GROPU”un rəhbəri arasında əlaqələrin olmasından xəbər verir.

“AVAZ Group” şirkəti dərman vasitəıləri və sarğı satan şirkət deyil. Düzdür, bu şirkət tibb sahəsi ilə bağlıdır. Şirkətin rəsmi səhifəsində qeyd edilib ki, onlar yalnız eşitmə cihazlarının satışı ilə məşğuldurlar. O zaman, AQTA eşitmə cihazları satan bir şirkətdən dərman pereparatları və sarğı materiallarını necə alır?

Tribunainfo.az-ın araşdırması nəticəsində məlum olub ki, agentliklə MMC arasında tender “udma” oyunu hələ 2021-ci ildən başlayıb. Belə ki, “AVAZ Group” hələ 2021-ci ilin avqustunda ardıcıl olaraq, AQTA-nıln iki tenderinin qalibi olub. Həmin tender üzrə satınalma müqaviləsində qeyd edilir ki, AQTA laborator ləvazimatların, laborator dəstlərin və standartların, habelə laboratoriyalar üçün reaktivlərin satın alınmasını həyata keçirəcək. İki tenderi udan “AVAZ GROUP” MMC bunun müqabilndə agentlikdən 2 milyon 678 min manat alıb.

Bunun ardından, elə həmin il “AVAZ GROUP” MMC AQTA-nın daha bir tenderinin qalibi olub. Bu dəfə isə şirkət agentliyə dərman, sarğı ləvazimatları və materialların satıb. Bunun müqabilində isə MMC-yə 142 min 190 manat ödənilib.

Lakin 2021-ci ildən sonra “AVAZ GROUP” MMC AQTA ilə daha bir neçə tenderdə iştirak edib. Sonuncu belə proses isə bu ilin fevralında qeydə alınıb. Bu dəfə AQTA-nın tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTi) “Stok üçün reaktivlərin satın alınması” üzrə tender keçirib və sözügedən MMC qalib olub. Bu satınalma müqaviləsinin dəyəri isə 959.766,62 manat təşkil edib.

Məlum olub ki, bu şirkət 25 yanvar 2017-il tarixində Sadiq Ərzuman oğlu Məmmədov tərəfindən yaradılıb. Lakin sonradan şirkətin qanuni təmsilçisi dəyişdirilir və onun başına Qoşqar Təhməzlinin öz şirkəti olan “Medeks”dəki işçisi Mədət Sadıqov gətirlir. İnternet resurslarından əldə olunan məlumatlardan belə aydın olur ki, Sadiq Məmmədov məhz Qoşqar Təhməzli tərəfindən 14 sentyabr 2018-ci ildə Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri təyin edilir. Və Sadiq Məmmədov dövlət büdcəsindən ayrılan vəsaitləri öz şirkəti olan “AVAZ Group” vasitəsi ilə götürür.

P.S. Sözügedən şirkətin Qoşqar Təhməzliyə məxsus olmasını təsdiq edən sənədlərə aşağıdakı linkdən baxa bilərsiz. https://rentry.co/sadiq
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti