İranın birinci vitse-prezidentinin oğlunun şəklini paylaşan müxbirin ŞÜBHƏLİ ÖLÜMÜ -Foto


İranda "Borna News" idman xəbər agentliyinin qadın müxbiri Sara Tavusi əvvəlcə yüksəklikdən yıxılma, sonra isə avtomobil qəzası kimi iddia edilən hadisələrdən sonra şübhəli şəkildə dünyasını dəyişib.

Musavat.com “Azad İran”a istinadən xəbər verir ki, Sara Tavusi İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arefin oğlunun iştirak etdiyi iclasdan görüntüsünü paylaşaraq onu ifşa edib, halbuki heç bir çəkilişin aparılmaması açıqlanmışdı.

Bununla bağlı, Nəim Şahi Nima adlı sosial media istifadəçisi “X” hesabında paylaşım edərək yazıb:

“Bir neçə gün öncə hökumətin iclasında ölkənin birinci vitse-prezidenti Məhəmməd Rza Arefin oğlunun şəklini paylaşan “Borna News” saytının müxbiri Sara Tavusi avtomobil qəzasında dünyasını dəyişib. (Sən öldürülüb bil!) Buna deyirlər mafia oyunu!”

Qeyd edək ki, Sara Tavusinin şübhəli ölümünün dəqiq məqamları bəlli deyil.




Oxşar Xəbərlər

Xəbər lenti