Ərdoğan Putinə "yaxşı hədiyyə" göndərib

Sozcu.info xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan RF Prezidenti V.Putinə ad günü münasibəti ilə hədiyyə göndərib.
Bu barədə jurnalistlərə dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib. Kremlin təmsilçisi deyib: "Türkiyə Prezidenti dünənki söhbətdən əvvəl ona xüsusi hədiyyə göndərib". Hədiyyənin nə olduğu sualına cavab verən Uşakov "yaxşı türk hədiyyəsi" olduğunu verib. Hədiyyənin dövlət qulluqçularına icazə verilən üç min rubl məbləğini keçib-keçmədiyi sualının cavabında isə hədiyyənin "azca bahalı" olduğunu söyləyib.



Oxşar Xəbərlər

Xəbər lenti