8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rusiya prezidentliyə namizədlər arasında ən varlısı Kseniya Sobçak imiş.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu, namizədlərin Rusiya Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi gəlir deklarasiyalarından məlum olub.
Kseniya Sobçak
Kseniya Sobçak deklarasiyasında göstərib ki, son 6 ildə gəliri 400 milyon rubldan çox olub. Əlavə olaraq xarici banklardakı hesablarda 417 milyon rubluvar.
Rəsmi rəqəmlərdən məlum olur ki, teleaparıcı Rusiya prezidentliyinə namizədlər arasında gəliri ən çox olandır. Sobçak gəlir mənbəyi kimi "Dojd" telekanalından aldığı məvacibi göstərib. Həmçinin sahibkarlıq fəaliyyətindən gəlir əldə etdiyini bildirib.
Boris Titov
İkinci sırada namizəd Boris Titov ("Rost" Partiyası) gəlir. Titov son 6 ildə 275 milyon rubl gəlir əldə edib. Daha 156 milyonu isə bank hesablarındadır. Bundan başqa, Titovun İspaniyada dəyəri 570 milyon rubl olan evi var.
Pavel Qrudinin
Pavel Qrudinin (KPRF) deklarasiyada son 6 ildəki gəlirinin 157 milyon rublolduğunu bəyan edib.
Vladimir Jirinovski
Vladimir Jirinovski (LDPR) qeyd olunan müddətdə 98 milyon rubl gəlir əldə edib. Dediyinə görə, cəmi bir avtomobilə sahibdir, o da 2014-cü il buraxılışlı LADA "Niva".
Maksim Suraykin
Maksim Suraykin ("Rusiya kommunistləri") son 6 ildə gəlirinin 59 milyon rublolduğunu qeyd edib. Dediyinə görə, nə şəxsi mənzili, nə də avtomobili var.
Qriqoriy Yavlinski
Qriqoriy Yavlinski qeyd olunan dövr üçün gəlirlərinin 23 milyon rubl göstərib. Əlavə 59 milyon rubl isə bank hesabında var. Deklarasiyaya inansaq, Yavlinskinin nə avtomobili, nə də mənzili var.
Sergey Baburin
Namizədlər arasında ən kasıbı Sergey Baburin ("Rusiya Ümumxalq İttifaqı") imiş. Altı il ərzində o, 11 milyon rubl gəlir əldə edib. Bank hesabında isə 130 min rublu var.
Vladimir Putin
Hazırkı prezident Vladimir Putinə gəldikdə, o, öz deklarasiyasında 6 illik gəlirinin 38 milyon rubl olduğunu göstərib. Bura onun maaşı, hərbi müavinəti də daxildir. 13 ayrı bank hesabında isə Putinin cəmi 13 milyon rubl pulu var imiş. Əmlaka gəlincə, Rusiya prezidenti deklarasiyada qeyd edib ki, Sankt-Peterburqda iki mənzili, üç avtomobili var.
Araşdırmacı jurnalistlər isə Putinin ofşor şirkətlərə, mülklərə, yaxtalara, təyyarələrə və milyardlarla dollara sahib olduğunu iddia edirlər.
Rusiyalı müxalifətçi Aleksey Navalnı deklarasiyada göstərilən rəqəmlərin həqiqəti əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, Putinin təkcə bir neçə qol saatının qiyməti 36 milyon rubldur. Rusiya prezidentini yalan danışmaqda ittiham edən Navalnı ölkə vətəndaşlarını seçkini boykot etməyə çağırıb.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 18-nə təyin olunub.
Strateq.az