8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ermənistan parlamentinin oktyabrın 22-də keçiriləcək iclasında Azərbaycanla demarkasiya komissiyalarının nizamnaməsi müzakirə olunacaq.
Sozcu.info Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, müxalifət partiyaları sözügedən müzakirədə iştirak etməməyi qərarlaşdırıblar. Sadəcə “Ermənistan” farksiyasının qərarının nə olacağı məlum deyil.
Qəzetin məlumatına görə, müxalifət nizamnamənin təsdiqlənməsindən sonra demarkasiya prosesinin sürətlənəcəyini düşünür. Hətta Bakının prosesin gedişatında Naxçıvanın Kərki kəndini tələb edəcəyi təqdirdə İrəvanın buna razı olacağına dair məlumatlar yayılıb. Ermənistan hökumətinin kəndin təhvilinə hazırlaşdığı iddia edilir.
Hətta Baş nazir Nikol Paşinyanın yeni ərazi güzəştlərinin məsuliyyətini öz üzərindən atmaq üçün demarkasiya ilə bağlı sənədləri özünün deyil, müavini Mger Qriqoryanın imzalamasını tapşırdığı bildirilir.
Qeyd edək ki, demarkasiya komissiyaları arasında imzalanan nizamnamə bundan əvvəl Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənib, daha sonra parlamentə göndərilib.