10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Ermənistan parlamentində görünməmiş hadisə-Azərbaycan və Türkiyəyə dəstək...
Rəsmi İrəvanın siyasətində bir ilk: anti-Azərbaycan sənədin qəbulundan imtina nəyə hesablanıb?
Ermənistan parlamenti 27 oktyabr tarixli qapalı iclasının yekununda “Ermənistan” və “Mənim şərəfim var” müxalifət fraksiyalarının Azərbaycan və Türkiyə əleyhinə fikirlər yer alan bəyanatın mətnini qəbul etməyib. Bu, rəsmi İrəvanın siyasətində rast gəlinən nadir məqamlardan biri kimi diqqət çəkib. Deməli, 44 günlük savaşın dərsləri getdikcə erməni cəmiyyətində qəbul olunmaqdadır.
Bununla bağlı yayılmış məlumatdan aydın olur ki, Azərbaycanla sərhəd məsələsinə dair qapalı dinləmələrin sonunda müxalifət fraksiyaları Azərbaycan və Türkiyənin “Qarabağda genişmiqyaslı silahlı təcavüzü pisləyən” bəyanatını parlamentdə qəbul etdirmək üçün səsverməyə çıxarıblar. “Mənim Şərəfim var” fraksiyasından olan deputat Tiqran Abramyan səsvermədən əvvəl bəyanatını oxuyub. Hakim “Vətəndaş müqaviləsi” fraksiyası nümayişkaranə şəkildə səsvermədə iştirak etməyib, nəticədə sənəd qəbul olunmayıb. Bu hadisənin 27 oktyabr 1999-cu il tarixində Ermənistan hökumət üzvlərinin iştirakı ilə keçirilən parlamentin növbəti iclası zamanı bir qrup silahlı zala soxularaq, parlament sədri Karen Demirçyanı, baş nazir Vazqen Sarkisyanı və daha 6 nəfəri güllələnməsi gününə təsadüf etməsi də diqqət çəkib. Bu bir faktdır ki, Azərbaycanı və Türkiyəni ittiham edən istənilən sənədi Ermənistan parlamenti həmişə “gözüyumulu” qəbul edib. Eyni zamanda vaxtilə bu parlamentdə Türkiyə ilə sərhədlərin açılmasını özündə ehtiva edən Sürix protokollarının ratifikasiyasından da imtina edilmişdi. Yəni erməni deputatlarda radikallıq ifrat həddə idi. Son baş verənlər isə erməni parlamentinin tarixində bir ilk hesab oluna bilər. Yeri gəlmişkən, həmin iclas zamanı parlament fraksiyalarından birində təmsil olunan deputatlardan biri “kim ki, Qarabağın unutdurulmasına çalışır, satqındır”, deyərək, hakimiyyətdən olan deputatların bostanına daş atmışdı. Bunun əvəzində “Vətəndaş müqaviləsi” blokundan olan vitse-spiker təhlükəsizlik xidməti əməkdaşlarını zala dəvət edərək müxalifətçinin zorla tribunadan düşürdülməsinə nail olmuşdu. Ardınca müxalifətçi – revanşist qüvvələrin layihəsindən də imtina olundu. Elə fövqəladə iclas da məhz onların təşəbbüsü ilə çağırılmışdı.
Ermənistan Rusiya ilə Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması imkanlarını müzakirə edir, - Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bugünkü brifinqdə deyib. “Biz əlaqələrə başlamağa, Türkiyə ilə münasibətlərin normallaşmasına başlamağa hazırıq. Bu məsələ Rusiya ilə müzakirə olunur, hazırda biz bu prosesdə necə irəliləyə biləcəyimizi müzakirə edirik”, - Qriqoryan deyib. (Virtualaz.org) Onun sözlərinə görə, həm Ermənistan, həm də Türkiyə tərəfləri müsbət impulsların olduğunu qeyd ediblər və ikitərəfli münasibətlər normallaşdırıla bilər. Qeyd edək ki, bu, son günlərdə Qriqoryanın Türkiyə ilə bağlı sayca ikinci mülayim açıqlamasıdır.
Rəsmi İrəvanın mövqeyinin sabit olmadığını, xüsusilə də N.Paşinyanın hakimiyyətdə olduğu dönəmdə tez-tez sözündən qaçmasının şahidi olmuşuq. Elə 2018-ci ildə Azərbaycan lideri ilə ayaqüstü söhbətində də konstruktiv mövqe sərgiləyəcəyi barədə vəd verməsinə baxmayaq, sonradan Paşinyan Şuşada qəbulolunmaz davranışlar nümayiş etdirdi, Azərbaycan torpaqlarının ilhaqına “nöqtə” qoymaq istədi və sonucda “Dəmir yumruq” sözünü dedi. Amma görünən budur ki, hazırda Ermənistanın manevr imkanları tam tükənib. Azərbaycan dövlətinin qüdrəti danılmaz faktora çevrilib. Eyni zamanda Türkiyə dövlətinin bölgədə olması Ermənistanı öz ağalarına arxayın olmamağa sövq edən əsas amildir.
Son iki gündə Türkiyə rəhbərliyi növbəti dəfə İrəvana açıq mövqeyini çatdırdı. “Sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Yaxşı qonşuluq əlaqələrinin təməlini də bu anlayış yaradır”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikirləri oktyabrın 26-da Zəngilanda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edən zaman deyib. “Bu məsələlərdə Ermənistanın Azərbaycanla problemlərini həll etmə yönündə səmimi bir iradə sərgiləməsi lazımdır. Azərbaycanla səmimi bir iradə ortaya qoyacağı təqdirdə Türkiyənin Ermənistanla olan əlaqələrinin də normallaşmasının qarşısında heç bir əngəl qalmayacaq”, - deyə dövlət başçısı vurğulayıb.
Ərdoğan bildirib ki, dünyanın bu gözəl bölgəsində sülh içində yaşamaq mümkündür:
"Davamlı sülhün yaradılması istiqamətində atılacaq addımların qarşılığını Türkiyənin də eyni niyyətlə verəcəyini bir daha xüsusi olaraq vurğulayıram”.
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə “CNN Türk” telekanalının hazırladığı xüsusi proqramdakı çıxışında deyib ki, Ermənistanla münasibətlərə dair atdığımız addımları Azərbaycanla məsləhətləşməklə müəyyən edirik:
“Füzuli səfəri çərçivəsində də bu istiqamətdə müzakirələr apardıq. Ermənistan tərəfindən də önəmli mesajlar gəlib”. Ermənistanın atdığı addımlara Azərbaycan və Türkiyənin məsləhətləşərək qarşılıq verdiyini diqqətə çatdıran nazir vurğulayıb ki, artıq müharibə bitib və sülh sazişi imzalanmalıdır. “Qəbul edəcəyimiz qərarları, atacağımız birgə addımları hər kəs qəbul etməlidir. Ermənistan da artıq bunları qəbul edir”, - deyə Çavuşoğlu qeyd edib. Şuşa Bəyannaməsi ilə müttəfiqliyini daha da sarsılmaz edən Türkiyə və Azərbaycan artıq bütün məsələlərdə müştərək qərarlar verirlər, həmçinin Ermənistanla münasibətlərin perspektivi ilə bağlı. Bundan sonra İrəvanın hansısa aqressiv tonu ancaq və ancaq onun əleyhinə işləyərdi. Bu mənada parlamentdəki aqressivliyə sərt cavab normaldır. Bəs, ekspertlər necə düşünür: sözügedən bəyanatın parlamentin ratifikasiyadan keçirməməsinin anlamı nədir? Ermənistanda revanşistlərin bu müstəvidə mübarizəsi nəticəsiz qalarsa, ikinci Naira Unonyan terroru baş verə bilərmi? Ermənistanda müharibədən sonra yaranmış reallığı qiymətləndirənlərlə hələ də türklərə qarşı qisasçılıq etmək istəyənlərin mübarizəsi nə ilə nəticələnə bilər?
Politoloq Elşən Mustafayev “Yeni Müsavat”a açıqlamasında mövzu ilə bağlı maraqlı fikirlər söylədi:
“Ermənistan parlamentində son günlər baş verən hadisələri İlham Əliyev, Vladimir Putin , Nikol Paşinyanın Moskvada keçirilməsi gözlənilən üçtərəfli görüşü ərəfəsində olmasını təsadüfü hesab etmirəm. Heç kimə sirr deyil ki, Ermənistanda mövcud olan revanşist qüvvələr və hakimiyyətə gəlmək istəyən siyasi qruplar il boyu 44 günlük müharibənin nəticələrini gündəmə gətirməklə Paşinyan hakimiyyətini əhalinin gözündən salmaq və nəticədə onu istefaya göndərməyi qarşılarına məqsəd qoyublar. Amma indiyədək istədiklərinə nail olmamalarının səbəbi odur ki, erməni xalqının əksəriyyəti İkinci Qarabağ müharibəsinin nəticələrini gözləri ilə görüblər və yeni müharibəni istəmirlər. Bu səbəbdən Paşinyan müxalifətinə qarşı daha dayanıqlıdır və parlamentdə çoxluğundan istifadə edərək rəqiblərinin istənilən addımını rahat bloklayır. Belə siyasətin sonda hərbi çevriliş , yaxud 1999 –cu ildə olduğu kimi, parlament terroru və digər proseslərə gətirib çıxaracağına inanmıram”.
Ekspertin sözlərinə görə, ən azı yaxın gələcək üçün belə gözləntisi yoxdur: “Əslində Paşinyanın hazırkı danışıqlar prosesində daha loyal olması, Türkiyə və Azərbaycanla kommunikasiyaların açılmasının mümkünlüyü ilə bağlı söylədiyi fikirlər bir tərəfdən proseslərə obyektiv yanaşmasından doğursa , digər tərəfdən onu düşmən elan etmiş, eyni zamanda bu gün üçün siyasi proseslərə təsir imkanları yox dərəcəsində olan, amma gələcəkdə hansı səviyyədə gücü olacağı hələ məlum olmayan müxalifəti ilə birdəfəlik qurtarmaq istəyindən gəlir”.
E.Mustafayev qeyd etdi ki, Ermənistandakı real durum bu variant üçün çox əlverişlidir:
“Dediyim kimi, əhali əvvəlki hakimiyyətləri həm oğurluqlarına, korrupsiyaya və konkret bir regionun klanını yaratmış hakimiyyət olduğuna görə qəbul etmir, həm də onların müharibə tərəfdarı olduqlarına görə. Paşinyan isə yeni müharibə olarsa, əvvəlkindən daha faciəvi vəziyyətin yaşanacağını və xalqın isə müharibəni istəmədiyini yaxşı bildiyindən, hazırda hakimiyyətini bərkitməyin yolunun ölkədə təhlükəsizliyin və sabitliyin təmin olunmasında, iqtisadi vəziyyətin normallaşdırılmasında görür. Bu məqsədlə o, müharibəyə istiqamətlənmiş və ölkədə çaxnaşma yaratmağa hesablanmış təşəbbüslərin qarşısını dərhal alır. Necə ki, parlamentdə Türkiyə və Azərbaycan əleyhinə müzakirəyə çıxarılan sənədin keçməsinə imkan vermədi. Amma eyni zamanda nəzərə alınmalıdır ki, Paşinyan bütün səviyyəli danışıqlarda maksimum şəkildə Ermənistan maraqlarını önə çəkəcək. Yəni o, özünü sülh tərəfdarı , Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasında marağı olan hökumət başçısı kimi göstərsə də, konkret məsələlərin təsdiqində dişi və dırnağı ilə öz mövqelərini müdafiə etməyə çalışacaq. Yəni kimlərsə gözləməsinlər ki, Azərbaycanın təklif edəcəyi bütün şərtləri o, rahatlıqla qəbul edəcək”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da rəsmi İrəvanın siyasətində dəyişikliklərin baş verdiyini təsdiqləyir:
“Ermənistan parlamenti çox çalışırdı ki, 9 noyabr və 11 yanvar bəyanatlarına zidd olaraq bir sənəd qəbul etsin. Bununla demək istəyirdilər ki, guya gələcəkdə bu bəyanatları tanımayacaqlar. Amma Paşinyanın partiyası anlayıb ki, əgər belə bir sənədə imza atsalar, dəstək versələr bu, əslində müharibənin yenidən başlamasına səbəb olar. Ona görə də doğru olaraq səsvermədə iştirak etmədilər və erməni müxalifətinin ümidləri puç oldu”.
Politoloq qeyd etdi ki, hazırda Paşinyan daha çox Azərbaycan və Türkiyə ilə razılaşmaya hazırlaşır:
“Moskvada belə bir görüşün keçiriləcəyi haqqında proqnozlar və xəbərlər yayılır. Paşinyan Qarabağ klanının bu siyasətinin əleyhinə olaraq düşünür ki, artıq Ermənistanın müharibə etmək üçün nə gücü nə də potensialı qalıb. Ona görə də daha yaxşı olar ki, qonşularla danışıqlara getsin. Mən hesab edirəm ki, Qarabağ klanı həm parlamentdə, həm də parlamentdən kənarda vəziyyəti gərginləşdirməyə çalışsa da, buna nail ola bilməyəcək. Bu klanın parlamentdə elə bir gücü yoxdur. Gücü olsaydı, son seçkilərdə qələbə çalıb, Paşinyanı müxalifətə göndərərdi. Amma tam əksinə oldu, müharibədə məğlub olmasına rəğmən, erməni cəmiyyəti yenə də Paşinyanı baş nazir kimi görmək istədi. Ona görə də hətta sabah- birigün Paşinyan Moskvada Azərbaycanla razılığa gəlsə, əlbəttə, Qarabağ klanı insanları küçələrə çıxartmağa çalışacaq. Ancaq bu, kütləvi bir hal almayacaq və Paşinyan Azərbaycan və Türkiyə ilə doğrudan da sülh əldə etmək istəyirsə istəyinə nail olacaq”.
Maraqlıdır ki, erməni revanşistlər N.Paşinyanı Türkiyə və Azərbaycana yönəlik yumşaq siyasət yürütdüyünə görə ələ salmaqdan da çəkinmirlər, onu vaxtaşırı aşağılayırlar. Ermənistanın Konstitusiya Məhkəməsinin keçmiş administrasiya rəhbəri Edqar Qazaryan Ermənistan Baş naziri Nikol Paşinyanın Füzuli hava limanının açılış mərasiminə dəvət edilməməsinə görə qəzəblənib. Sosial şəbəkədəki hesabında Edqar Qazaryan yazıb ki, “Regionda sülh, nəqliyyatın blokadadan çıxarılması ideyasının müəllifi, yeni ərazilər ələ keçirmək niyyəti olmayan, qonşularla dostluğun tərəfdarı olan Ermənistan Baş naziri Nikol Paşinyanı Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə baş tutan Füzuli hava limanının açılış mərasiminə dəvət etməmək nankorluğun, kobudluğun əsl təzahürüdür”.
Ancaq Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın növbəti açıqlaması İrəvanın artıq konkret mövqeyindən xəbər verir. “Ermənistan hökuməti sərhədlərin demarkasiyasına və delimitasiyasına dair danışıqlar prosesinə hazırdır, Azərbaycan hakimiyyətindən siqnal gözləyir”, Qriqoryan deyib. Erməni rəsmisi daha sonra bildirib: “Biz delimitasiya və demarkasiya prosesinə başlamağa hazırıq, işçi qrupunun bütün təkliflərini müzakirə etməyə hazırıq və Azərbaycan tərəfindən müsbət siqnallar gözləyirik. Belə görünür ki, deyəsən sentyabrda onlar BMT-də belə bəyanat vermişdilər, amma biz bu məsələ ilə bağlı irəliyə getməmişik”. Təhlükəsizlik Şurasının katibi sərhədlərin hansı xəritələr əsasında müəyyən edilməli olduğuna dair məsələnin hələ aydınlaşmadığını deyib. “Belə xəritələr hazırda dövriyyədə yoxdur. Üçtərəfli işçi qrupu prosesə necə başlamağı müzakirə edir. Biz hansısa aydınlıq olanda ictimaiyyəti məlumatlandıracağıq”,-Qriqoryan belə deyib. O qeyd edib ki, Ermənistan sərhədlərin 1920-ci il xəritələri əsasında dəqiqləşdirilməli olduğunu düşünür və bu xəritələrin erməni tərəfinin maraqlarına ziyan vurduğu haqda rəyləri bölüşmür. “Həmin dövrün xəritələri hüquqi qüvvəsi olan yeganə xəritələrdir”,-Qriqoryan bildirib.
Təbii ki, erməni tərəfin birmənalı şəkildə Azərbaycanın maraqlarına xidmət edən anlaşmalara gedəcəyi az ehtimal olunur. Amma Bakı və Ankaranın qətiyyəti qarşı tərəfi buna da sövq edə bilər.
Oxşar Xəbərlər
Erməni liderlər və separatçı qüvvələr Xankəndindən Azərbaycana müharibə elan etdi – ŞOK ÇAĞRIŞ
Ermənistan parlamentində qalmaqal: Spiker Paşinyana “kapitulyant” deyən deputatı zaldan qovdu
Daşnak deputat vitse-spiker olacaq
Erməni deputat haray çəkdi: “Xankəndidə iki həftədir su yoxdur“
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…