8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Huriyyet.org xəbər verir ki, ABŞ XİN mətbuat katibi Hizer Noyert "PKK/PYD terror təşkilatı Suriya hökuməti ilə əlbir olub Türkiyəyə hücum edərsə, sizin mövqeyiniz necə olar” sualına cavab verə bilməyib.
"ABŞ Afrin məsələsi ilə bağlı Ankaraya təzyiq göstərəckmi” sualına cavab verən Noyert, Türkiyə ilə ABŞ arasında yaradılan birgə işçi qrupunun cümə axşamı günü paytaxt Vaşinqtonda görüşlər keçirməyə başladığını bildirərək deyib: "Xarici işlər naziri Reks Tillersonun bir neçə həftə bundan əvvəl həmkarı ilə İstanbulda keçirdiyi görüşdə əldə edilən razılaşmalar müzakirə edilərəc. Görüşlər bu gün və sabah davam edəcək. Türklərlə müzakirə edəcəyimiz, mübahisə edəcəyimiz çox şey var. Qarşımızda bir çox problem var. Bu məsələnin də bu görüşlərdə müzakirə ediləcəyini düşünürəm”.
ABŞ nümayəndə heyətinə xarici işlər nazirinin müavini Vest Mitçellin liderlik edəcəyini bildirən Noyert iyirmi nəfərdən artıq amerikalı məmurun görüşlərdə iştirak edəcəyini söyləyib.
Danışıqlarda Türkiyə ilə ABŞ arasında olan problemlərdən bəzilərini həll edə biləcəklərinə ümid elədiklərini bildirən Noyert söyləyib: "Danışıqlar yeni başlayıb. Qoyun heyətlərimiz işləsin. Mən görüşlər başa çatmadan nəticə proqnozlaşdırmaq istəmirəm. Danışıqlar başa çatandan sonra sizə açıqlama verməyə çalışacağam”.
Noyert: PKK/PYD terror təşkilatı Suriya hökuməti ilə əlbir olub Türkiyəyə hücum edərsə, sizin mövqeyiniz necə olar” sualına "İçərisində iki və hətta üç ehtimal olan suala cavab verməyəcəyəm”, – deyə cavab verib.
Huriyyet.org