Dünən, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
"ABŞ bizə verdiyi vədləri yerinə yetirməyib. Xalqımızın və hökumət olaraq bizim ABŞ-a inamımızın itməsi təbiidir”.
"Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Reks Tillersonun Ankaraya gözlənilən səfərini şərh edərkən deyib.
XİN başçısı bildirib ki, Türkiyə artıq ABŞ-ın vədlərinə inanmır, konkret addımların atılmasını istəyir: "Afrindəki antiterror əməliyyatı uğurla davam edir. Bölgəni terrorçulardan təmizləyəcəyik. ABŞ lazım olan addımları atmazsa, bu əməliyyatı Münbiçdə davam etdirəcəyik. Bizim Vaşinqtondan gözlədiklərimiz açıq-aşkar və qətidir. ABŞ-la əlaqələrimiz ya düzələcək, ya da tamamilə pozulacaq”.
Qeyd edək ki, ABŞ-ın dövlət katibi Reks Tillersonun bu həftə Türkiyəyə səfər edəcəyi gözlənilir.