30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
23-10-2024, 18:37
18-10-2024, 10:38
Aclıq aksiyasına yaşlı məhkum Yaqubov Vəli Ələkbər oğlu da qoşulub. Yaxınlarının dediyinə görə, o, əsassız cinayət təqibinə və təqaüddən qanunsuz məhrum edilməsinə etiraz edir.
***
1 saylı cəzaçəkmə müəssisəsində daha bir məhbus - Ramal Hüseynov Polad Aslanovun aclıq aksiyasına qoşulub, bu barədə onun anası Zübalə Hüseynova bildirib.
Onun sözlərinə görə, Hüseynov 2020-ci ildə həbs olunub və narkotik maddələrin qanunsuz satışı və qaçaqmalçılıq ittihamı ilə 16 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Ana oğlunun iki dəfə narkotikə görə mühakimə olunduğunu, ancaq bu dəfə heç bir təqsiri olmadığını iddia edir.
"Müstəntiq məndən oğlumu azad etmək üçün 20 min manat istədi, amma növbəti dəfə vəkillə birlikdə gəldikdə o, əsəbləşdi və oğlumu 15-16 il müddətinə həbs edəcəyini dedi", deyə qadın bildirib.
Onun sözlərinə görə, R.Hüseynov əsassız təqibinə etiraz əlaməti olaraq iki dəfə intihara cəhd edib. "Ramal indi aclıq elan edib. COP29-a gələnlər insan hüquqları ilə də, günahsız insanların necə həbsə atılması ilə də maraqlanmalıdırlar", deyə o qeyd edib.
* * *
Polad Aslanov siyasi məhbusların azad edilməsi tələbi ilə aclıq elan edib
Xeberman.com saytının həbsdə olan rəhbəri Polad Aslanov COP29 konfransı ərəfəsində siyasi məhbusların azad edilməsi tələbilə noyabrın 4-dən 1 saylı cəzaçəkmə müəssisəsində aclığa başlayıb. O, özü və digər siyasi məhbuslar üçün azadlıq tələb edir, deyə jurnalistin həyat yoldaşı Gülmira Aslanova bildirib.
"COP29 keçirən ölkədə siyasi məhbus olmamalıdır. Hakimiyyət iqlimin, təbiətin, ətraf mühitin, suyun qayğısına qalıb, eyni zamanda insan hüquqlarını poza bilməz", deyə həyat yoldaşı qeyd edib.
Aslanovun sözlərinə görə, "ya siyasi məhbuslar azad edilməli, ya da COP29 ləğv edilməlidir".
Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
* Xeberman.com saytının rəhbəri Polad Aslanov 12 iyun 2019-cu il tarixində İranın xeyrinə casusluq ittihamı ilə - CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs olunub. O, 16 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Aslanov bütün ittihamları təkzib edir, xüsusi xidmət əməkdaşları arasında korrupsiya faktlarını ifşa etdiyinə görə təqib olunduğunu bildirir.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Beynəlxalq təşkilatlar Aslanovun həbsini pisləyiblər və onu azad etməyə çağırıblar. Sonradan Ali Məhkəmə Aslanovun həbs müddətini 13 ilə qədər azaldıb.