8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxs yaradılıb.
Sozcu.info xəbər verirki, “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı belədir:
1. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti3. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti4. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti5. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti6. “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti7. Bakı Gəmiqayırma Zavodu8. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki aşağıdakı qurumlar:8.1. “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs8.2. “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti8.3. “Azerbaijan International Telecom” (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti8.4. “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti8.5. “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti8.6. “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyasi” İstehsalat Birliyi9. Bu Siyahının 1–8-ci hissələrində nəzərdə tutulan hüquqi şəxslərin təsisçisi və iştirakçısı (iştirak payına uyğun) olduğu hüquqi şəxslər və müəssisələr.